Şəkidə xeyli miqdarda aliment borcunu ödəməyən şəxs cinayət məsuliyyətinə cəlb edilib.
GununNebzi.az qafqazinfo -ya istinadən xəbər verir ki, rayonun Aşağı Daşağıl kənd sakini 1988-ci il təvəllüdlü Zaur Buludov (soyad şərtidir) barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə açılmış iş məhkəməyə göndərilib.
Məhkəmədə bildirilib ki, Zaur Buludov 2019-cu ildə rəsmi nikaha daxil olub və Sabunçu Rayon Məhkəməsinin 2021-ci ildə qəbul etdiyi qətnamə ilə boşanıb.
Həmin vaxt məhkəmə uşaqların anada qalmasına və Zaurun 2 uşağa görə aylıq 340 manat aliment ödəməsinə qərar verib.
Lakin geridə qalan müddətdə 36 yaşlı kişi aliment ödənişini verməyib və 11 800 manat borc yığılıb.
Şəki Rayon Məhkəməsi təqsirləndirilən şəxsin borcunu ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli və qəsdən icra etməməsi, zərərçəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirməsi qərarına gəlib.
Məhkəmənin 24 aprel tarixli hökmü ilə ona 1 il həbs cəzası verilib və məhkəmə zalında həbs edilib.
Bölməyə aid digər xəbərlər