21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Biləsuvarın həbsdə olan sabiq icra başçısının cəzası azaldıldı

Biləsuvarın həbsdə olan sabiq icra başçısının cəzası azaldıldı
Biləsuvarın həbsdə olan sabiq icra başçısı Mahir Quliyevin kassasiya şikayətinə baxılıb.

Ali Məhkəmədə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Mahir Quliyevin cəzası 8 il 3 aya endirilib.

Xatırlaraq ki, M.Quliyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib. Eks-icra başçısı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, M. Quliyevin 2 evi və 1 avtomobili dövlət nəfinə müsadirə olunub./Trend


Tarix: 28-06-2024, 12:09 Oxunub: 0


Bölməyə aid digər xəbərlər