21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Bakıda həbsdə olan şəxsin 1,4 milyonluq cinayəti üzə çıxdı

Bakıda həbsdə olan şəxsin 1,4 milyonluq cinayəti üzə çıxdı
Bakıda vətəndaşa qarşı dələduzluqda ittiham edilərək 5 il 6 ay həbsə məhkum edilən 1987-ci il təvəllüdlü Fəxrəddin Cavanşirovun yeni əməlləri üzə çıxıb.

GununNebzi.az
qafqazinfo -ya istinadən xəbər verir ki, 165 min manatlıq dələduzluq işinə görə Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə təqsirləndirilən F.Cavanşirova bu dəfə 178.4-cü (Xüsusilə külli miqdarda dələduzluq) maddə ilə ittiham elan edilib.
Ətraflı

2021-ci ildən həbsdə olan şəxsin ondan əvvəlki müddətdən bir neçə nəfəri aldadaraq böyük məbləğdə pullar alması üzə çıxıb. Belə ki, onun vətəndaşlardan biznes qurmaq adı ilə müvafiq olaraq 630 min, 196 min, 268 min, 120 min, 133 min manat alaraq ələ keçirməsi məlum olub.

İş üzrə 5 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Məlum olub ki, Fəxrəddin özünü bacarıqlı, uğurlu biznesmen kimi təqdim edib və aldatdığı şəxslər bir-biri ilə qohum olub. O, yaxşı münasibətdə olduğu həmin insanlara özünü xaricdən idxal etdiyi mobil telefon aparatları, mobil telefon aksessuarları və bahalı qol saatlarının alqı-satqısı ilə məşğul olan peşəkar ticarətçi kimi təqdim edib. Əgər sərmayə olaraq külli miqdarda pul verərlərsə, onları da öz biznesinə şərik edəcəyini və qoyulan sərmayə hesabına biznesini genişləndirib birlikdə yaxşı gəlir əldə edəcəkləri barədə yalan vəd verməklə aldadıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi F.Cavanşirov barəsindəki yeni cinayət işi üzrə hökm çıxarıb. Onun barəsində yeni hökm elan edilib və 10 il 6 ay həbs cəzası təyin edilib.


Tarix: 5-08-2024, 12:09 Oxunub: 0


Bölməyə aid digər xəbərlər