Goranboy rayonunda gün ərzində 3 yol-nəqliyyat hadisəsi olub.
GununNebzi.az-ın məlumatına görə, qəzalarda ümumilikdə 6 nəfər xəsarət alıb.
Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində avtomobilin maneəyə çırpılması nəticəsində 1999-cu il təvəllüdlü G.Orucova xəsarət alıb.
Digər yol-nəqliyyat hadisəsi isə Ağcakənd kəndində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü F.Əliyev, 1978-ci il təvəllüdlü E.Məmmədov və 10 yaşlı E.Məmmədov xəsarət alıblar.
Rayonun Boluslu kəndində də yol-nəqliyyat hadisəsi qeydə alınıb. Belə ki, sudaşıyan “ZİL” markalı yük avtomobili sementdaşıyan yük maşını ilə toqquşub. Sudaşıyan maşın zərbənin gücündən aşıb. Hadisə zamanı “ZİL”in sürücüsü, 1967-ci il təvəllüdlü M.Babayev, habelə yük maşının da sürücüsü xəsarət alıb.
Qəzalarda xəsarət alanlardan 5 nəfəri xəstəxanaya çatdırılıb, bir nəfərə, sementdaşıyan yüş maşının sürücüsünə isə hadisə yerində ambulator yardım göstərilib.
Faktlarla bağlı araşdırma aparılır.
(Qafqazinfo)
Bölməyə aid digər xəbərlər