21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Su quyusuna düşən ata və qızın meyitləri çıxarıldı - Yenilənib

Su quyusuna düşən ata və qızın meyitləri çıxarıldı - Yenilənib
Cəlilabadda gənc qız su quyusuna düşüb.

GununNebzi.az-
ın məlumatına görə, hadisə rayonun Moranlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 2004-cü il təvəllüdlü Məmmədova Nəsibə Həsənağa qızı ehtiyatsızlıqdan su quyusuna düşüb.

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hazırda hadisə yerindədir. Onun düşdüyü quyunun 15 metr dərinliyində olması xilasını çətinləşdirir.

***

N.Məmmədovanın su quyusuna tək düşmədiyi məlum olub. Onun atası Həsənağa Məmmədovun meyiti su quyusundan çıxarılıb. Qızın axtarışları isə davam etdirilir.

***

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Cəlilabad rayonu, Moranlı kəndində vətəndaşların dərinliyi təxminən 15 metr olan su quyusuna düşməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1981-ci il təvəllüdlü Məmmədov Həsənağa Təvəkkül oğlu və 2004-cü il təvəllüdlü Məmmədova Nəsibə Həsənağa qızının meyitləri quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

***

Yaxınlarının bildirdiyinə görə, quyuya əvvəlcə 20 yaşlı Nəsibə yıxılıb. Bundan sonra atası Həsənağa Məmmədov onu xilas etmək üçün quyuya enib. Nəticədə ata və qızı oksigensiz mühitdə boğularaq ölüblər.

İlkin olaraq atanın meyiti quyudan çıxarılıb. Nəsibənin meyitini çıxarmaq üçün isə FHN-in Lənkəranda yerləşən xüsusi bölməsi cəlb edilib.

N.Məmmədovanın nişanlı olduğu bildirilir.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğu araşdırmaya başlayıb.


Tarix: 14-08-2024, 23:05 Oxunub: 2


Bölməyə aid digər xəbərlər