Bərdədə yeniyetmə qızın meyiti tapılıb.
GununNebzi.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 2009-cu il təvəllüdlü qızın meyiti kənd ərazisində torpağa basdırılmış halda aşkar edilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
Meyiti tapılan yeniyetmənin iki gün əvvəl itkin düşdüyü deyilir.
Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.
***
Bərdədə iki gün əvvəl itkin düşən qızın 2009-cu il təvəllüdlü Sevinc Rəşad qızı Abbaslı olduğu müəyyən edilib.
***
Bərdə Rayon Prokurorluğundan bildirilib ki, üzərində xəsarət izləri olan meyitin aşkar edilməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Belə ki, sentyabrın 3-də saat 10 radələrində Bərdə rayonunun Cəyirli kəndində yerləşən yarımtikilidə 2 gün əvvəl itkin düşmüş həmin kəndin sakini, 2009-cu il təvəllüdlü Sevinc Abbaslının meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən prokuror kriminalist və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə, meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Meyitin xarici müayinəsi zamanı üzərində müxtəlif xəsarət izləri aşkar edilib.
İlkin araşdırma zamanı zərərçəkmişin qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edildiyindən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bölməyə aid digər xəbərlər