20:06 / 05-11-2024
Azərbaycana qar yağır
18:25 / 05-11-2024
Flora Kərimovaya nə olub?
12:59 / 05-11-2024
Prezident Qırğızıstandadır
18:20 / 04-11-2024
18 yaşlı qız intihar etdi
18:13 / 04-11-2024
Pezeşkian Azərbaycana gəlir
İcra başçısının sabiq müavininə cinayət işi açılıb

İcra başçısının sabiq müavininə cinayət işi açılıb
Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının iki ay əvvəl vəzifəsindən azad edilən müavini Vəfa Allahverdiyeva cinayət məsuliyyətinə cəlb edilib.

GununNebzi.az-
ın qafqazinfo -ya istinadən məlumata görə, sabiq müavin tanışı Təranə Bağırova ilə əlbir olaraq dələduzluq etməkdə ittiham olunur.

Onların əməlindən əziyyət çəkən isə Gədəbəy rayon sakini Cavanşir Məmmədəliyevdir.

İttihama görə, təqsirləndirilən xanımlar onu Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri təyin ediləcəyi ilə aldadaraq 51 min manat pulunu alıblar. Zərərçəkmiş şəxs həmin pulu oğlunun iştirakı ilə verib.

Təranə Bağırova bir müddət əvvəl başqa dələduzluq əməlinə görə məhkum edilib. Eks-müavin isə həbsdə deyil. İstintaq dövrü müddətində onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Yaxında məhkəmə istintaqı başlayacaq.

Qeyd edək ki, Vəfa Allahverdiyeva bu ilin sentyabrına kimi Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovun müavini işləyib. O, eyni zamanda icra hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri vəzifəsini icra edib. Onun barəsindəki cinayət işinə görə işdən çıxarıldığı istisna edilmir.


Tarix: 11-10-2024, 18:26 Oxunub: 1


Bölməyə aid digər xəbərlər