11:23 / 04-12-2024
Ceyhun Bayramov Maltaya getdi
20:44 / 03-12-2024
Rüfət Səfərov saxlanıldı
10:35 / 03-12-2024
Xəyyam Əhmədli vəfat etdi
Sumqayıtda yaşayış binasında güclü partlayış - Video - Foto - Yenilənib

Sumqayıtda yaşayış binasında güclü partlayış - Video - Foto - Yenilənib
Sumqayıtda yaşayış binasında partlayış olub.

GununNebzi.az
APA-ya istinadən xəbər verir ki, hadisə 13-cü mikrorayonda yerləşən 9-cu binada qeydə alınıb.

Əraziyə təcili təcili tibbi yardım və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb edilib.

İlkin ehtimala görə, partlayış qaz sızmasından olub.

***

DİN Mətbuat xidmətindən bildirilib ki, Sumqayıt şəhərində yaşayış binalarının birində baş vermiş partlayış ilə bağlı polis əməkdaşları hadisə yerinə cəlb edilib.

Ərazi mühafizəyə götürülməklə polis əməkdaşları tərəfindən sakinlərin təhlükəsiz şəkildə təxliyə edilməsi üçün və digər zəruri tədbirlər davam etdilir.

***

Fövqəladə Hallar Nazirliyi Sumqayıtdakı partlayışla bağlı məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında mənzildə baş vermiş partlayışla əlaqədar FHN-in qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Bu vaxtadək üç nəfər dağıntılar altından sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əlavə məlumat veriləcək.

***

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”ya bildirilib ki, dekabrın 3-də saat 06:40 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub:

“Hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb olunub. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan 3 nəfər (2 kişi cinsli, 1 qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
1977, 2007 və 2010-cu il təvəllüdlü şəxslər ağır yanıq xəsarətləri ilə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda 1 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağırdır. Təcili tibbi yardım briqadaları hadisə yerindədir”.





Tarix: Dünən, 10:33 Oxunub: 1


Bölməyə aid digər xəbərlər