Tofiq İsmayılovun oğlu yenidən həbs edildi

Tofiq İsmayılovun oğlu yenidən həbs edildi
Azərbaycanın 1-ci dövlət katibi, mərhum akademik Tofiq İsmayılovun ötən həftə ev dustaqlığına buraxılmış oğlu Mir Heydər İsmayılov yenidən həbs edilib.

GununNebzi.az-
ın qafqazinfo -ya istinadən məlumata görə, Bakı Apellyasiya Məhkəməsi zərərçəkmişlərin şikayəti əsasında belə qərar qəbul edib.

Hakim dəymiş ziyanın tam ödənilmədiyini, zərərçəkmişlərlə barışıq əldə edilmədiyini əvvəlki qərarın ləğvi üçün əsaslar hesab edib.

Təqsirləndirilən İsmayılovun vəkili Orxan Zeynalov isə şikayətə etiraz edib. O, müvəkkilinin ağır xəstəlikdən əziyyət çəkdiyini və təqsirinin sübuta yetirilmədiyini deyib.

Hakim Elbəy Allahverdiyev tərəfləri dinlədikdən sonra Səbail Rayon Məhkəməsinin hakiminin qərarını əsassız sayıb.

Mir Heydər İsmayılov barəsində təkrar həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Mir Heydər İsmayılov iki nəfərə torpaq alqı-satqısında kömək edəcəyi barədə yalan vəd verərək onların 810 min manatını ələ keçirməkdə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib. İsmayılov əvvəl həbs edilsə də, bir müddət sonra ev dustaqlığına buraxılıb.


Tarix: Bu gün, 13:25 Oxunub: 0


Bölməyə aid digər xəbərlər