23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
14:44 / 06-11-2024
Əliyev Trampı təbrik etdi
20:06 / 05-11-2024
Azərbaycana qar yağır
18:25 / 05-11-2024
Flora Kərimovaya nə olub?
"İçinə şeytan girib" deyib, anasını öldürdü – DƏHŞƏTLİ QƏTL – FOTOLAR

"İçinə şeytan girib" deyib, anasını öldürdü – DƏHŞƏTLİ QƏTL – FOTOLAR



Türkiyədə 5 il öncə anasını vəhşicəsinə öldürən 27 yaşlı Tayfun Yılmaz ömürlük azadlıqdan məhrum edilib.

Hadisə ölkənin Bursa şəhərində baş verib. Belə ki, T. Yılmaz dostları ilə içki qəbul etməsinə etiraz edən 56 yaşlı anası Şükriye Yılmazın başını divara vuraraq qətlə yetirib. Daha sonra dostu Okan Y.-nın evində gizlənən Yılmaz saxlanıldıqdan sonra verdiyi ifadədə “anam cadu ilə məşğul idi. Onu şeytan kimi gördüm. Ona görə başını divara vura-vura öldürdüm. O an özümdə deyildim” deyib.

Lakin ilk dəfə ömürlük həbs cəzası verilən Tayfunun cinayət işi yenidən açılıb. Buna səbəb isə onun “anamı qəza ilə öldürdüm. Elə bir məqsədim yox idi. Sərbəst buraxılmaq istəyirəm” deyərək psixoloji vəziyyətinin yaxşı olmadığını iddia etməsi olub.

Məhkəmə cinayətkarın İstanbul Tibb qurumundan psixoloji vəziyyətinin yerində olduğu istiqamətində verdiyi sənədə əsasən Yılmazı yenidən ömürlük azadlıqdan məhrum edib.

"İçinə şeytan girib" deyib, anasını öldürdü – DƏHŞƏTLİ QƏTL – FOTOLAR

Tarix: 11-05-2019, 18:00 Oxunub: 90


Bölməyə aid digər xəbərlər