“Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsünün Bərdə şəhərində dinc sakinlərə humanitar yardım çatdırarkən həlak olmasına görə şoka düşmüş və sarsılmışam”.
GununNebzi.az-ın məlumatına görə, bunu Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının prezidenti Françesko Rokka Ermənistan ordusu tərəfindən kaset bombalarla Bərdə şəhərinə hücum nəticəsində 39 yaşlı könüllünün ölümünü şərh edərkən bildirib.
Onun sözlərinə görə, humanitar təşkilatlar hədəf deyil.
F.Rokka erməni terrorunun qurbanının ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.
Shocked and appalled by the killing of one of @AzRedCrescent volunteer in Barda, #Azerbaijan, while he was delivering aid to civilians. Humanitarian are #NotATarget. My thoughts and condolences to his beloved. https://t.co/UO4FTEuECa
— Francesco Rocca (@Francescorocca) October 28, 2020
Bölməyə aid digər xəbərlər