02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Tallindəki İslam Mərkəzinə qarşı təxribat törədilib

Tallindəki İslam Mərkəzinə qarşı təxribat törədilibOktyabrın 25-də Estoniyanın paytaxtı Tallin şəhərindəki İslam Mərkəzinin, habelə Azərbaycan və Türkiyə səfirliklərinin qarşısına kəsilmiş donuz başları atılıb.
İslam Mərkəzindəki müşahidə kameralarının çəkdiyi naməlum maskalı şəxsin bu əməlləri haqqında polisə məlumat verilib. Şahidlərin bildirdiyinə görə, həmin şəxs eston ləhçəsi ilə rus dilində “Məhəmmədə hədiyyəmdir” deyib.
Müsəlmanları təhrik etmək məqsədi açıq-aşkar sezilən bu əməlin adi xuliqanlıq yox, məhz dinlərarası və millətlərarası ədavəti qızışdırmağa yönələn mütəşəkkil təxribat olduğunu söyləmək üçün tutarlı əsaslar var. Qeyri-rəsmi məlumatlara görə, bu məkrli əməli törədən dini radikal müsəlmanların xristianlara qarşı pis münasibətinə və Azərbaycanın Dağlıq Qarabağda Ermənistana qarşı etdiklərinə cavab etmək istəyirmiş.

Həmin şəxsin arxasında Azərbaycanın Baltik respublikalarla dost münasibətlərinə xələl gətirmək məqsədi güdən Ermənistan xüsusi xidmət orqanlarının dəst-xəttini görmək heç də çətin deyil. Üstəlik Ermənistanın Latviya, Estoniya, Litvadakı səfiri Tiqran Mkırtıçyanın bu istiqamətdə açıq-aşkar canfəşanlıq etməsi də nəzərə alınsa, belə bir ehtimal daha da güclənir. Belə ki, həmin dini radikalın Ermənistan kəşfiyyatının xəfiyyəsi olduğunu qətiyyətlə söyləmək olar.

Yəqin ki, Estoniyanın aidiyyəti qurumlarının səfir T.Mkırtıçyanın fəaliyyətini diqqətlə araşdırmaları yerinə düşərdi.


Tarix: 7-11-2020, 09:30 Oxunub: 123


Bölməyə aid digər xəbərlər