23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
14:44 / 06-11-2024
Əliyev Trampı təbrik etdi
20:06 / 05-11-2024
Azərbaycana qar yağır
18:25 / 05-11-2024
Flora Kərimovaya nə olub?
Yerevanda aksiyanı oliqarxların üzümaskalı cangüdənləri dağıdıb

Yerevanda aksiyanı oliqarxların üzümaskalı cangüdənləri dağıdıbYerevanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən aksiyanı dağıdan üzü maskalılarının hökumətə yaxın oliqarxların cangüdənləri olduğu açıqlanıb.

Bunu noyabrın 21-də “Qraparak” yazıb.

“Nümayişi dağıdanlar məğlub baş naziri müdafiə edən və utandıqları üçün üzünü gizlədən maskalı polislər deyildi. Onların çoxu malikanələrdə yığışan hökumətə yaxın oliqarxların cangüdənləri idi. Mühafizəçilər hökumətə qarşı olan etirazları dağıtmaq üçün üzlərinə maska taxıblar.

Başqa bir anlaşılmazlıq isə üzü maskalı həmin “polislərin” yaxasında Çin dilində təyinatı yazılmış uniforma geyinməsidir. Onlar aksiya iştirakçılarına qarşı sərt davranırdı.

Məsul şəxslər "polislər niyə belə geyinmişdi” sualımızı belə cavablandırdılar: “Polislər döyüşlərdə iştirak edib. Döyüşdən qayıtdıqlar üçün geyimləri yarasız hala düşmüşdü. Onlara belə formalar paylandı. Ermənicə polis yazılmasına vaxt çatmadı”, qəzet yazıb.

Qeyd edək ki, noyabrın 20-də Yerevanda Nikol Paşinyanın istefası tələbi ilə aksiya keçirilib.


Tarix: 21-11-2020, 12:09 Oxunub: 128


Bölməyə aid digər xəbərlər