23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Teymur Rəcəbov heç-heçələrlə 1/4 finala çıxdı

Teymur Rəcəbov heç-heçələrlə 1/4 finala çıxdı  Onlayn formada keçirilən blits şahmat üzrə “Airthings Masters” turnirində iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov yarışın üçüncü günündə 3 qarşılaşma keçirib.

GununNebzi.az xəbər verir ki, Uesli So (ABŞ), Maksim Vaşye-Laqrav (Fransa) və Pentala Harikrişna (Hindistan) ilə üz-üzə gələn Rəcəbov bütün görüşləri heç-heçə ilə başa vurub.

xal hesabını 6-ya çatdıran 33 yaşlı şahmatçı ilkin mərhələdə 5-ci pilləni tutaraq, 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, turnir 2021-ci il yanvarın 3-də başa çatacaq.


Tarix: 28-12-2020, 22:03 Oxunub: 242


Bölməyə aid digər xəbərlər