12:59 / 05-11-2024
Prezident Qırğızıstandadır
18:20 / 04-11-2024
18 yaşlı qız intihar etdi
18:13 / 04-11-2024
Pezeşkian Azərbaycana gəlir
Azərbaycan Qran-prisində əsas yarış başa çatdı - FOTO (YENİLƏNDİ)

Azərbaycan Qran-prisində əsas yarış başa çatdı - FOTO (YENİLƏNDİ)

Formula 1 üzrə Azərbaycan Qran Prisi başa çatıb.

GununNebzi.az xəbər verir ki, Bakıda keçirilən mövsümün altıncı mərhələsində “Red Bull” komandasının meksikalı pilotu Serxio Peres birinci yeri tutub.

Komanda yoldaşı Maks Verstapenin qəzaya uğraması səbəbindən ilk sıraya yüksələn pilot yarış bərpa edildikdən sonra qalan üç turda da liderliyini qoruyub və qalib olub. 31 yaşlı pilot mövsümdə ilk qələbəsini qazanıb.

“Aston Martin”dən Sebastyan Fetel ikinci, “AlfaTauri” komandasının üzvü Pyer Qasli isə üçüncü olub.

Qeyd edək ki, 2016-cı ildə Bakıdakı yarışın birincisi “Mercedes”in pilotu Niko Rosberq olub. Növbəti 3 ildə isə müvafiq olaraq, Daniel Rikkardo (“Red Bull”), Luis Hamilton (“Mercedes”) və Valtteri Bottas (“Mercedes”) qalib adına yiyələnib.
Azərbaycan Qran-prisində əsas yarış başa çatdı - FOTO (YENİLƏNDİ)
Azərbaycan Qran-prisində əsas yarış başa çatdı - FOTO (YENİLƏNDİ)
Azərbaycan Qran-prisində əsas yarış başa çatdı - FOTO (YENİLƏNDİ)

xxx

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin açılış mərasimi olub.


İlk olaraq pilotların təqdimatı gerçəkləşib.

Tədbir bir dəqiqəlik sükutla başlayıb. Bu, "Mclaren"in əsas səhmdarlarından biri Mansur Odjey və Beynəlxalq Avtomobil Federasiyasının keçmiş prezidenti Maxs Moslinin ölümü ilə əlaqədardır.

Sürücülərin təqdimatından sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə Azərbaycanda keçirilən beşinci yarışın konsepsiyası vurğulanıb. Digər konsepsiya multikulturalizm və tolerantlıq ideyasına əsaslanıb. Himn Vətən müharibəsi qazisi Atəş Qarayev və Səbinə Babayeva tərəfindən səsləndirilib.

Trek üzərində dayanan müxtəlif millətlərin nümayəndələri əllərində Azərbaycan bayrağı tutub. Onlar Bakıda keçirilən beşinci "Formula 1" yarışını simvolizə edən və barış işarəsini əks etdirən "V" formasında dayanıblar.

Mərasim üçün hazırlanan himnin xüsusi versiyası Azərbaycan bəstəkarı və musiqi prodüseri Azad Vəliyev tərəfindən hazırlanıb. Azərbaycan Respublikasının Dövlət Himninin bu tərtibatı Konstitusiya ilə dəqiq müəyyənləşdirilmiş formada təqdim olunub.

Qeyd edək ki, “Formula-1” üzrə Azərbaycan Qran-prisi saat 16:00-da start götürəcək. Yarış koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçirilir.


Tarix: 6-06-2021, 19:06 Oxunub: 189


Bölməyə aid digər xəbərlər