23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
14:44 / 06-11-2024
Əliyev Trampı təbrik etdi
20:06 / 05-11-2024
Azərbaycana qar yağır
18:25 / 05-11-2024
Flora Kərimovaya nə olub?
Bu gün AVRO-2020 Bakıdakı son oyunu keçiriləcək

Bu gün AVRO-2020 Bakıdakı son oyunu keçiriləcək

Bu gün futbol üzrə Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulacaq.

GununNebzi.az-ın məlumatına görə, sonuncu oyun günündə daha iki qarşılaşma keçiriləcək.

Günün ilk matçı Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka komandaları arasında olacaq. Saat 20:00-da başlayacaq görüşü niderlandlı FIFA referisi Byorn Kuypers idarə edəcək. Skandinaviya təmsilçisi 1/8 finalda Uelsi, çexlər isə Niderlandı mübarizədən kənarlaşıb.

Günün və mərhələnin son qarşılaşmasında İngiltərə və Ukrayna yığmaları üz-üzə gələcək. İtaliyanın paytaxtı Romadakı "Olimpiko" stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi almaniyalı Feliks Brix olacaq. Britaniyalılar əvvəlki raundda Almaniyanı, Ukrayna isə İsveçi üstələyib.

Bu iki oyunun qalibi yarımfinalda bir-birinə rəqib olacaq.

Avropa çempionatı
1/4 final

20:00. Çexiya - Danimarka

Baş hakim: Byorn Kuypers (Niderland)

Bakı. Bakı Olimpiya Stadionu

23:00. Ukrayna - İngiltərə

Baş hakim: Feliks Brix (Almaniya)

Roma. "Olimpiko" stadionu

Qeyd edək ki, AVRO-2020 iyulun 11-də başa çatacaq. Daha əvvəl Bakı A qrupunun 3 oyunu da keçirilib.

Tarix: 3-07-2021, 09:54 Oxunub: 95


Bölməyə aid digər xəbərlər
10-06-2021, 10:23 AVRO-2020-nin təqvimi