15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
Tokio-2020: Daha bir idmançımız MEDAL qazandı

Tokio-2020: Daha bir idmançımız MEDAL qazandı

Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycan yığmasının son təmsilçisi mübarizəyə qoşulub.

GununNebzi.az-
ın Apasport.az-a istinadən məlumatına görə, qadın karateçimiz İrina Zaretska +61 kq çəki dərəcəsində mübarizə aparıb. O, ikinci yeri turub.

Karate
7 avqust
Qadınlar, +61 kq
A qrupunda yer alan Avropa və dünya çempionu İrina Zaretska ilk olaraq Yaponiya təmsilçisi Ayumi Ueska ilə qarşılaşıb. Karateçimiz qarşılaşmanı 4:1 hesabı ilə aktivinə yazıb. O, ikinci görüşündə Silvia Semeraroya (İtaliya) da gücünü göstərib, Karateçimiz bu dəfə 3:2 hesabı ilə qalib gəlib.

Zaretska üçüncü qarşılaşmasında məğlubiyyətə üzülüb. O, Sofiya Berultsevaya (Qazaxıstan) 4:5 hesabı ilə uduzub. Təmsilçimiz son döyüşündə isə Meltem Hocaoğluya qalib gəlib. Türkiyə idmançısını 4:0 hesabı ilə məğlub edən İrina qrupu 6 xalla birinci pillədə başa vurub.

Ən azı bürünc medalı özü üçün təmin edən 25 yaşlı karateçi yarımfinala yüksəlib. O, finala gedən yolda digər qrupun ikincisi olan çinli Li Qonqla üz-üzə gəlib. Təmsilçimiz bu dəfə də qələbə qazanmaqda çətinlik çəkməyib - 7:2. Zaretska finalda misirli Feryal Abdelazizlə qarşılaşıb. O, uğurlu seriyanı davam etdirə bilməyib və 0:2 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib.

Qeyd edək ki, karate millimiz yarışa üç idmançı ilə qatılıb. Firdovsi Fərzəliyev (67 kq) qrupda qalıbsa, Rafael Ağayev (75 kq) gümüş medal qazanıb

Tarix: 7-08-2021, 16:35 Oxunub: 244


Bölməyə aid digər xəbərlər