16:32 / 17-11-2024
Sabahın havası açıqlandı
20:10 / 16-11-2024
Paşinyan Trampa zəng etdi
10:53 / 16-11-2024
APA-nın 20 illik yubileyidir
Azərbaycan çempionatı ləğv olundu

Azərbaycan çempionatı ləğv olunduBu gün Azərbaycan Voleybol Federasiyası (AVF) ölkə çempionatı ilə bağlı qərarını verib.

GununNebzi.az-ın məlumatına görə, AVF Super Liqa, Yüksək Liqa və I Liqanın bərpa olunmamasını məqsədəuyğun hesab edib.

Nəticədə koronavirusa görə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən martın 14-dən dayandırılan yarışlar davam etdirilməyəcək və 2019/2020 mövsümün oynanılmış qarşılaşmaları ləğv olunub. Bu da matç sayının eyni olmaması və təxirə salınmış oyunların olması səbəbindən irəli gəlib. Yekun qərara əsasən klublara heç bir mükafat verilməyəcək.

Digər qərara əsəsən isə 2020/2021 mövsümündə Azərbaycanı avrokubokda təmsil edəcək komanda müəyyənləşib. AVF qadınlardan ibarət “Azərreyl”in Çağırış kubokunda oynamasını məqsədəuyğun sayıb.

Federasiya rəhbərliyi, həmçinin legionerlərlə bağlı tövsiyəsini də klubların diqqətinə çatdırıb. Bildirilib ki, əcnəbilərdən Bakıda yalnız “Azərreyl”in seneqallı voleybolçusu qalıb və onun üçün lazımı şərait yaradılıb.

Oyunçunun uçuşlar bərpa olunduqdan sonra ölkəsinə dönməsinə köməklik göstərilməsi tapşırılıb.


Tarix: 11-05-2020, 20:19 Oxunub: 110


Bölməyə aid digər xəbərlər