20:10 / 16-11-2024
Paşinyan Trampa zəng etdi
10:53 / 16-11-2024
APA-nın 20 illik yubileyidir
15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
Qadın güləşçimiz Avropa ikincisi oldu

Qadın güləşçimiz Avropa ikincisi oldu

Azərbaycanın qadın güləşçisi Elis Manolova Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatının gümüş medalını qazanıb.

GununNebzi.az
xəbər verir ki, 65 kq çəki dərəcəsində yarışan idmançı qızıl medal uğrunda qarşılaşmada ukraynalı Tatyana Rıjko ilə üz-üzə gəlib.

Rəqibinə 0:4 hesabı ilə uduzan idmançı gümüş medalla kifayətlənib.

Bu, E. Manolova qitə birinciliyində qazandığı 4-cü medal olub. O, AÇ-lərdə 1 qızıl və 3 gümüş əldə edib.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yığma ümumi komanda hesabında birinci yeri tutaraq, Avropa çempionu olub. Yarış aprelin 3-də başa çatacaq.

Tarix: 1-04-2022, 23:34 Oxunub: 118


Bölməyə aid digər xəbərlər