23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
14:44 / 06-11-2024
Əliyev Trampı təbrik etdi
20:06 / 05-11-2024
Azərbaycana qar yağır
18:25 / 05-11-2024
Flora Kərimovaya nə olub?
"Sevilya" 6-cı dəfə UEFA Avropa Liqasının qalibi oldu

"Sevilya" 6-cı dəfə UEFA Avropa Liqasının qalibi olduFutbol üzrə UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün final görüşündə İtaliyanın “İnter” klubu İspaniyanın “Sevilya” komandası ilə qarşılaşıb.

GununNebzi.az xəbər verir ki, Almaniyanın Köln şəhərindəki “Reyn Energi” stadionunda baş tutan görüş “Sevilya” komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qolları “Sevilya”nın heyətində Luk de Yonq (2), Dieqo Karlos, “İnter”in isə Romelu Lukaku və Dieqo Qodin vurublar.

Beləliklə, “Sevilya” finalda qalib gələrək tarixində 6-ci dəfə UEFA Avropa Liqasının qalibi olub. Komanda bu günə kimi beş dəfə - 2006-cı, 2007-ci, 2014-cü, 2015-ci, 2016-cı illərdə finalda qalibi gəlib.

Xatırladaq ki, “Sevilya” yarımfinalda İngiltərənin “Mançester Yunayted” klubunu (2:1), “İnter” isə Ukraynanın “Şaxtyor Donetsk” komandasını (5:0) məğlub edərək finala vəsiqə qazanıb.


Tarix: 22-08-2020, 07:30 Oxunub: 133


Bölməyə aid digər xəbərlər