15:37 / 26-11-2024
Bu hakimlər ezam edildi - Foto
21:16 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
Azərbaycan pomidoruna niyə qadağa qoyuldu: Amerika güvəsi, yoxsa Rusiyanın iqtisadi güvənliyi?

Azərbaycan pomidoruna niyə qadağa qoyuldu: Amerika güvəsi, yoxsa Rusiyanın iqtisadi güvənliyi?Xəbər verildiyi kimi, Rusiyanın Kənd Təsərrüfatına Nəzarət Xidməti (Rosselxoznadzor) 2 gün öncə Azərbaycan pomidoruna və almasına idxal qadağası qoyub. Səbəbi isə həmin məhsullarda, guya, Amerika pomidor güvəsi və Şərq güvəsi adlanan zərərvericilərin aşkarlanmasıdır.

Xidmətin məlumatına görə, dəfələrlə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə Rusiyaya tədarük olunan məhsullarda Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərində karantin qadağası elan olunan “obyektlərin” aşkarlanması barədə xəbərdarlıq edib. Di gəl ki, məhsullarımızda sistematik hal alan bu qüsurlar aradan qaldırılmayıb: “Beləliklə, təkcə 22 oktyabr 2020-ci ildən bu günə qədər Avrasiya İqtisadi Birliyi üçün karantin altında olan obyektlərin 17 aşkarlanma halı qeydə alınıb”. Rosselxoznadzor da guya, məcbur qalıb Rusiyanın “fitosanitar rifahını qorumaq, bu zərərvericilərin ölkə ərazisinə gətirilməsinin və yayılmasının qarşısını almaq üçün” 10 dekabr 2020-ci ildən etibarən, Azərbaycan mənşəli pomidor və alma idxalını qadağan edib.

Maraqlıdır ki, Azərbaycan 3 ildən artıqdır Rusiyanın pomidor idxalatının 30%-dən çoxunu təmin edirdi. İndiyə qədər isə həmin məhsullarda heç bir güvə və ya başqa zərərvericilər aşkarlanmamışdı. Əksinə, Rusiya bazarı Azərbaycandan daha çox məhsul almağa həvəsli idi. İndi birdən-birə nə oldu ki, 22 oktyabr 2020-ci il tarixindən etibarən məhsullarımızda güvə çıxdı? 17 dəfə bu hal “təkrarlanandan” sonra isə yalnız hansısa şirkətə qarşı deyil, bütünlüklə Azərbaycan istehsalı olan pomidorlara qadağa qoyuldu?

Araşdırmalarımıza əsasən, “Rosselxoznadzor” yalnız Azərbaycan məhsullarını bu cür “qaralamayıb”. Bizimlə yanaşı, Türkiyə, Özbəkistan, Ermənistan, Belarus, Hollandiya, Belçika və Fransaya da bənzər qadağalar tətbiq olunub. Azərbaycanla onların yeganə fərqi isə yanaşmadadır. Xidmət həmin ölkələrin bəzi bölgələrinə bu qadağanı tətbiq etdiyi halda, bizi tamamən “qara siyahı”ya salıb.


Tarix: 10-12-2020, 10:46 Oxunub: 197


Bölməyə aid digər xəbərlər