15:37 / 26-11-2024
Bu hakimlər ezam edildi - Foto
21:16 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyi göstəriləcək - RƏSMİ + VİDEO

Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyi göstəriləcək - RƏSMİ + VİDEOAzərbaycan Respublikasının Nazirlər Kabinetinın 23 dekabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq, ölkədə karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar sahibkarlıq subyektlərinə yenidən maliyyə dəstəyi göstəriləcək.

GununNebzi.az xəbər verir ki, İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, sahibkarlara maliyyə dəstəyi iki istiqamət üzrə aparılacaq.
Birinci istiqamət - pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsini nəzərdə tutur. 22 minə yaxın vergi ödəyicisini əhatə edəcək bu tədbir çərçivəsində pandemiyanın zərər çəkmiş sahələrdə çalışan 200 min nəfərdən çox muzdlu işçinin əmək haqlarının müəyyən hissəsi ödəniləcək. Bu məqsədlə sahibkarlara dövlət tərəfindən 52,5 milyon manat həcmində maliyyə dəstəyi göstərilməsi nəzərdə tutulur.

Maliyyə dəstəyi əvvəlki proqramlar çərçivəsində vəsait almış və işçi sayında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə dekabrın 1-nə olan işçi sayı əsas götürülməklə, aylıq əməkhaqqı fondunun yarısı həcmində veriləcək. Eyni zamanda, yeni qeydiyyatdan keçmiş müəssisələr də muzdlu işçiləri üçün dövlət dəstəyindən yararlana bilərlər. Belə ödəyicilər üçün müraciət forması əvvəlki kimidir. Müraciət qaydası ilə videoçarxda tanış ola bilərsiniz:


Tarix: 29-12-2020, 17:36 Oxunub: 204


Bölməyə aid digər xəbərlər