23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
14:44 / 06-11-2024
Əliyev Trampı təbrik etdi
Azərbaycanda 4 yeni növ kartof sortu yetişdirilir

Azərbaycanda 4 yeni növ kartof sortu yetişdirilir

Azərbaycanda yeni 4 növ yerli kartof yetişdirilməsinə başlanıb.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev deyib.
Onun sözlərinə görə, artıq həmin kartof növləri lisenziya üçün təqdim edilib: "Artıq 4 yeni kartof növu istixana şəraitində yetişdirilib və nəticə əldə olunub. Bunlar "Çənlibel", "Uğur", "Turan" və "Vaqif" sortlarıdır. Sortların özəlliyi ondadır ki, digər sortlardan daha məhsuldardırlar. Toxumların yetişdirilməsi üçün bir-neçə ildir ki, iş gedirdi. Bu sortlar xəstəliyə və zərərvericilərə daha dözümlüdür, həmçinin quraqlıq sahədə yetişdirilməsinə daha yararlıdırlar. Kartofların əsasən dağlıq ərazidə, dəmyə şəraitində yetişdirilməsi nəzərdə tutulub. Sortların potensialını yoxlamaq üçün hazırda istixana şəraitində əkib-becəririk".

E. Allahverdiyev bildirib ki, adıçəkilən kartof sortları təsdiqlənmək üçün Aqrar Xidmətlər Agentliyinə təqdim edilib: "2019-cu ildə qeydiyyata alınması üçün həmin xidmətə təqdim etmişik. Yəqin ki gələn il sortların sertifikatları veriləcək və ondan sonra bu növ kartoflar geniş toxumçuluğa veriləcək".

Qeyd edək ki, Azərbaycanda sonuncu dəfə yeni kartof sortu 2006-cı ildə yaradılıb. Hazırda ölkədə cəmi 3 kartof sortu var ki, bunlar "Sevinc", "Telman" və "Əmiri" kartof sortlarıdır.

Tarix: 4-03-2020, 14:00 Oxunub: 35


Bölməyə aid digər xəbərlər