15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
Azərbaycan Dünya Bankının koronavirusla mübarizəyə görə təklif etdiyi kreditdən imtina etdi

Azərbaycan Dünya Bankının koronavirusla mübarizəyə görə təklif etdiyi kreditdən imtina etdi

Dünya Bankı tərəfindən koronavirus infeksiyasına qarşı mübarizədə bütün ölkələrə təqdim olunan "Sürətli COVID-19 Aləti" layihəsi çərçivəsində güzəştli kredit vəsaitinin cəlb olunmasına Azərbaycan tərəfi də maraq göstərib və müvafiq danışıqlara başlayıb.

Bunu Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev deyib.

"Lakin kreditin ayrılması istiqamətləri, şərtləri və prosedurları Azərbaycan tərəfini qane etmədiyindən həmin danışıqların aparılması dayandırılıb və bu barədə Dünya Bankına məlumat verilib. Hazırda Dünya Bankından sözügedən kreditin alınması gündəmdə deyil", - M. Piriyev bildirib.

Qeyd edək ki, Azərbaycanda COVID-19 pandemiyasının yaratdığı təhlükələri aşkarlamaq, qarşısını almaq və ona cavab vermək məqsədilə hazırlanan "Azerbaijan COVID-19 Emergency Response Project" adlı layihənin dəyəri 95 mln. ABŞ dolları təşkil edirdi və bu məbləğin hamısı bankın öhdəliklərinə daxil idi. Layihənin bankın Direktorlar Şurası tərəfindən təsdiqi isə sentyabrın 6-da gözlənilirdi.

Hazırda Dünya Bankının Azərbaycandakı aktiv portfeli 10 layihədən ibarətdir və 803 mln. dollar təşkil edir. Bu ilin mayın 21-də bankın Direktorlar Şurası Azərbaycanda Salyan-Biləsuvar yolunun yaxşılaşdırılması yönəlmiş və bank tərəfindən 65 mln. dollar məbləğində kreditin ayrılacağı "Regional əlaqələr və inkişaf" layihəsini təsdiqləyib.

Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür və indiyədək bank Azərbaycana 70-dən çox layihə üzrə 4,4 mlrd. dollar məbləğində vəsaitin ayırmasını öz öhdəliyinə götürüb.

(APA)

Tarix: 23-06-2021, 12:46 Oxunub: 46


Bölməyə aid digər xəbərlər