gununnebzi.az İşsizlərə təklif edilən ictimai işlər açıqlanıb.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər.
Nazirlikdən bildirib ki, ictimai iş yerləri əsasən bu sahələri əhatə edir:
dezinfeksiya işlərinin aparılması,
şəhər, rayon ərazisinin, küçə, park və meydanların abadlaşdırılması, yaşıllaşdırma, parklara qulluq,
yaşayış əraziləri, xəstəxana, məktəb, məktəbəqədər təhsil müəssisələri, yataqxana və pansionatlar, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, habelə sosial sferanın digər obyektlərində tikinti və təmir işləri,
yol və körpülərin, istilik və qazanxana sistemlərinin təmiri və tikintisi,
kənd təsərrüfatı müəssisələrinə kömək göstərilməsi ilə əlaqədar işlər,
təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması işləri,
tənha yaşlılara və əlilliyi olan şəxslərə sosial xidmətlərin göstərilməsi,
digər sosial əhəmiyyətli işlər.
Qeyd olunub ki, haqqı ödənilən ictimai işlərə cəlb edilən şəxslərin hər biri ilə əmək müqaviləsi bağlanır:
"Xüsusi karantin rejimi dövründə işini və qazancını itirmiş şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İş Mərkəzi vasitəsi ilə 90 min ödənişli ictimai iş yerinin yaradılması nəzərdə tutulub. Həmin işlərə cəlb edilənlərin sayı artıq 61 mini ötüb".
Bölməyə aid digər xəbərlər