21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Naqif Həmzəyev: “Qobu Park-3” dövlət qayğısının daha bir real nümunəsi oldu

Naqif Həmzəyev: “Qobu Park-3” dövlət qayğısının daha bir real nümunəsi olduHər bir cəmiyyətin, dövlətin tərəqqisini sürətləndirən ən mühüm amillərdən biri yüksək səmərəliliyə malik sosial siyasətin həyata keçirilməsidir. Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının əsas xarakterik xüsusiyyətlərindən biri yaşanan tərəqqinin hər bir vətəndaşın həyatında öz əksini tapması, insanların rifah halının günü-gündən yaxşılaşmasıdır. Ölkəmiz bu gün həyata keçirdiyi sosialyönümlü siyasət strategiyası ilə nümunəvi bir mövqeyin sahibi kimi çıxış etməyi bacarıb.

GununNebzi.az xəbər verir ki, Bu barədə Trend-ə Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycanda həyata keçirilən islahatlar çərçivəsində əldə edilən uğurlar Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti üzündən öz doğma yurd-yuvalarını tərk edərək qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olan insanların yaşayış durumuna və sosial vəziyyətinə də təsirsiz ötüşmür. Qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması dövlətin həyata keçirdiyi siyasətin əsas prioritetlərindən birini təşkil edir.

Hələ 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirən görüşdə İlham Əliyev "ölkədə bir dənə də çadır düşərgəsi qalmayacaq", - demişdir. Verdiyi vədlərə sadiq qalan dövlət başçımız çox acınacaqlı şəraitdə yaşayan məcburi köçkünlərin çadır həyatına son qoydu, məburi köçkünlər müasir standartlara uyğun, tam infrastruktura malik yeni qəsəbələrə köçürüldülər. Belə qəsəbələrin açılışında Prezident İlham Əliyevin iştirakı isə qaçqın və məcburi köçkünlərə nə dərəcədə yüksək səviyyədə qayğı göstərildiyinin daha bir real sübutudur. Yaradılan şəraitlə dövlət başçısının bilavasitə yerində tanışlığı, məcburi köçkünlərin evində qonaq olması, onlarla birbaşa təması həm də Azərbaycan Prezidentinin bu insanlara xüsusi diqqətinin real göstəricisidir:

“Ən böyük arzum, - əminəm ki, bu, hər bir azərbaycanlının ən böyük arzusudur, – doğma torpaqlarımızda, işğaldan azad olunmuş torpaqlarımızda Azərbaycan dövləti tərəfindən tikilmiş yeni mənzillərdə, yeni evlərdə sizin uşaqlarınızın, nəvələrinizin, nəticələrinizin toy mərasimində birgə iştirak edək” – deyən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı fəaliyyəti intensiv və sistemli xarakter alıb. Mehriban Əliyevanın təşəbbüsü ilə Lökbatanda “Qobu Park-1”, “Qobu Park-2” və mayın 28-də istifadəyə verilən “Qobu Park-3” yaşayış kompleksləri məcburi köçkünlərin dövlət tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunmalarının daha bir sübutudur.

Qaçqın və məcburi köçkünlər üçün salınmış 111-ci qəsəbədə - “Qobu Park-3” yaşayış kompleksində istehsalat sahələri, ticarət obyektləri, park, uşaq əyləncə meydançaları, avtomobil dayanacaqları ilə yanaşı ilk dəfə olaraq iki biznes layihəsi də sakinlərin ixtiyarına verilib. Müəssisələrdə çalışacaq işçi heyətin 80 faizinin “Qobu Park 3”ün sakinlərindən formalaşdırılması da məcburi köçkünlərin məşğulluğunun dövlət başçımızın diqqətindən kənarda qalmadığının göstəricisidir.

“Ancaq onu da bilməliyik və bütün Azərbaycan xalqı bilməlidir ki, bu, sizin üçün müvəqqəti yaşayış yeridir. Torpaqlarımız işğaldan azad ediləndən sonra biz bu gün hələ də işğal altında olan torpaqlarda buna oxşar gözəl binalar, şəhərciklər tikəcəyik, ermənilər tərəfindən dağılmış şəhərlərimizi yenidən quracağıq. Ermənilər tərəfindən dağıdılmış və məhv edilmiş milli irsimiz sənədləşdirilib. Biz öz tarixi keçmişimizi yaxşı bilirik və yaxşı bilirik ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. İşğal olunmuş torpaqlar azad ediləndən sonra bütün binalar yenidən qurulacaq, o cümlədən dağılmış tarixi abidələrin mövcudluğunu əks etdirən əməli memarlıq tədbirlərinin görülməsi də nəzərdə tutulur”.

Ölkə Prezidntinin görüşdə söylədiyi bu sözlər yurd nisgili ilə yaşayan insanların tezliklə ata-baba torpaqlarına qayıdacaqlarına əminliklərini daha da artırıb. Onlar yaxşı bilirlər ki, işğal altındakı ərazilər azad olunduqdan sonra bu yerlərdə dövlət başçısının rəhbərliyi ilə daha təmtəraqlı, yüksək şəraiti evlər inşa olunacaq.


Tarix: 29-05-2020, 18:06 Oxunub: 210


Bölməyə aid digər xəbərlər