23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
14:44 / 06-11-2024
Əliyev Trampı təbrik etdi
"Özlüyündə 190 manat bir ay üçün yetəcək bir rəqəm deyil, lakin..."

"Özlüyündə 190 manat bir ay üçün yetəcək bir rəqəm deyil, lakin..."

İyun, iyul ayları üçün 190 manat məbləğində aztəminatlı ailələrə dəstəyin verilməsi o halda effekt verə bilər ki, şərtlər tam yumşadılsın, əmlak və başqa əsaslara görə imtinaya son qoyulsun. Ötən təcrübə göstərdi ki, bu vəsaiti əldə etmə stressi o qədər böyük oldu ki, insanları xeyli vaxt növbədə durmağa, vaxt itkisinə məruz qalmağa məhkum etdi. Bizdə işin əsas çətinliyi oradadır ki, alt qatlarda bu prosesi sistemli aparmalı olan bələdiyyə qurumlarının və icra nümayəndəliklərinin şəbəkə üzrə fəaliyyət göstərmə imkanları məhduddur. Mərkəzləşmiş qaydada bu işləri gördükdə, unudulan və ya əlçatmaz ailələrin, vətəndaşların sayı da yetərincə olur. Yerlərdə ərzaq yarımı işində də bir sistemsizlik var. Fikrimcə təcridolunma şəraitində yaşayan ailələrin əvvəlki müraciətini və qeydiyyatını qüvvədə saxlamaqla yanaşı, bu vəsaiti ala bilməyən, yaxud müraciətinə imtina cavabı verilən yeni ailələr üçün də şərtləri asanlaşdıraraq ödənişlər edilməlidir. Özlüyündə 190 manat bir ay üçün yetəcək bir rəqəm deyil, lakin dövlətin imkanlarını nəzərə alaraq və pandemiyanın müddətini proqnozlaşdırmaq mümkün olmadığından ən azı daha geniş vətəndaşın kütləsinin sıxıntısını azaltmaq üçün əhatə dairəsini genişləndirmək vacibdir.


Fazil Mustafa, Millət vəkili


Tarix: 20-06-2020, 14:51 Oxunub: 62


Bölməyə aid digər xəbərlər