21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Dəniz və Liman Agentliyinin nümayəndə heyəti Türkiyədə səfərdədir

Dəniz və Liman Agentliyinin nümayəndə heyəti Türkiyədə səfərdədir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri Arif Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib.

GununNebzi.az
xəbər verir ki, səfərin məqsədi Azərbaycan və Türkiyə arasında dəniz nəqliyyatı sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsidir.

Agentliyin İdarə Heyətinin sədri Arif Məmmədov Ankara şəhərində Türkiyənin Dənizçilik Baş İdarəsinin müdiri Ünal Baylan, eləcə də Tərsanələr və Sahilboyu Tikililər Baş İdarəsinin müdiri Sahil Tanla ikitərəfli görüşlər keçirib. Danışıqlar zamanı Azərbaycanla Türkiyə arasında çoxşaxəli münasibətlərin inkişaf səviyyəsindən bəhs edilib, dəniz nəqliyyatı sahəsi üzrə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin mövcud geosiyasi vəziyyət kontekstində Orta Dəhlizin perspektivləri müzakirə olunub. Görüşlərdə Azərbaycan bayrağı altında üzən gəmilərlə bağlı Paris Anlaşma Memorandumu çərçivəsində əməkdaşlıq imkanları, limanların idarə edilməsi, dənizçilərin hazırlığı, dəniz nəqliyyatı istiqamətində “vahid pəncərə” sisteminin tətbiqi məsələrinə də toxunulub.

Danışıqlar zamanı Dövlət Dəniz və Liman Agentliyi ilə Türkiyənin Dənizçilik Baş İdarəsi arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun hazırlanması prosesinin sürətləndirilməsi, müfəttişlər və operatorlar üçün təlimlərin keçirilməsinə dair razılıq əldə olunub.

İkitərəfli görüşlərdə həmçinin sözügedən idarələrin fəaliyyətinə dair təqdimatlar edilib.

Səfər çərçivəsində Tekirdağ şəhərində Türkiyənin Milli Dəniz Təhlükəsizliyi və Təcili Müdaxilə Mərkəzi, həmçinin ilk konteyner tranzit limanı olan "Asyaport"da da görüşlər keçirilib. Nümayəndə heyəti “Asyaport” limanının fəaliyyəti ilə tanış olub.

Qeyd edək ki, səfər çərçivəsində İstanbul şəhərində Liman İdarəsində də görüş keçirilməsi nəzərdə tutulur.

Tarix: 8-09-2022, 18:35 Oxunub: 30


Bölməyə aid digər xəbərlər