20:06 / 05-11-2024
Azərbaycana qar yağır
18:25 / 05-11-2024
Flora Kərimovaya nə olub?
12:59 / 05-11-2024
Prezident Qırğızıstandadır
18:20 / 04-11-2024
18 yaşlı qız intihar etdi
18:13 / 04-11-2024
Pezeşkian Azərbaycana gəlir
Azərbaycanda nağdsız ödənişlərin həcmi kəskin artıb

Azərbaycanda nağdsız ödənişlərin həcmi kəskin artıbAzərbaycanda bank kartları ilə bu ilin yanvar-iyun ayları ərzində 2 748 mln. manat həcmində nağdsız ödəniş həyata keçirilib.

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, ölkə daxilində nağdsız ödənişlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 41,7% artıb.

Məlumata əsasən, nağdsız ödənişlərin 1 681 mln. manatı elektron ticarət əməliyyatlarının payına düşüb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 36,8% artımı özündə əks etdirir. Bildirək ki, ölkədə POS-terminallar vasitəsilə ödənişlərin həcmi isə illik 55% artaraq bu ilin ilk altı ayı ərzində 951 mln. manat olub.


Tarix: 25-07-2020, 16:25 Oxunub: 125


Bölməyə aid digər xəbərlər