21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Əmək müqaviləsinin vaxtı bitib işdən çıxanlara yeni hüquq tanınır

Əmək müqaviləsinin vaxtı bitib işdən çıxanlara yeni hüquq tanınırAzərbaycanda müddətli əmək müqaviləsinin müddətinin bitməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün də sığorta ödənişi hüququ tanınacaq.
Bununla bağlı “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik təklif edilir.
Təklifə əsasən, sığorta ödənişinin təyin edilməsi üçün şəxsin müddətli əmək müqaviləsi üzrə ən azı üç il fasiləsiz iş stajı olmalıdır. Onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq xitam verilməlidir.
Əmək Məcəlləsinin 68-ci maddəsi əmək müqaviləsinə xitam verilməsinin əsaslarını müəyyən edir.
Maddənin “b” bəndində yazılır ki, əmək müqaviləsinin müddətinin qurtarması ilə əmək müqaviləsinə xitam verilə bilər.
Qanun layihəsində isə yazılıb ki, sığorta ödənişi şəxsin işsiz kimi qeydiyyata alındığı tarixdən üç ay keçdikdən sonra ödəniləcək.
Ancaq bir şərtlə ki, bu müddət ərzində şəxs ona təklif edilmiş münasib işlərdən imtina edən şəxs olmasın.
Sığorta ödənişi üç ay müddətinə təyin ediləcək, minimum məbləğdə həyata keçiriləcək və təkrar sığorta ödənişinə yol verilməyəcək.
Layihənin izahında bildirilib ki, qeyd edilən mexanizm tətbiq olunacağı təqdirdə il ərzində 35-40 minədək işsiz şəxsin sığorta ödənişinə cəlb edilməsi mümkün olacaq.
Qanun layihəsi Milli Məclisin avqustun 4-dən etibarən başlayacaq növbədənkənar sessiyası müddətində müzakirəyə çıxarılacaq.


Tarix: 3-08-2020, 17:54 Oxunub: 152


Bölməyə aid digər xəbərlər