02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Utilizasiya üzrə operator müəyyən ediləcək

Utilizasiya üzrə operator müəyyən ediləcək

Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası üzrə operator müəyyən edilir.

GununNebzi.az
xəbər verir ki, bununla bağlı “İstehsalat və məişət tullantıları haqqında” Qanunda dəyişiklik edilir.

Dəyişikliyə əsasən, müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitələrinin utilizasiyası üzrə operator (bundan sonra - operator) müəyyən edilir.

Operator aşağıdakı funksiyaların icrasını təşkil və təmin edir:

- nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitlərinin idarə olunması; -utilizatorların reyestrinin (bundan sonra - reyestr) aparılması, saxlanılması və ona nəzarət;

- bu Qanunun 14-9-cu və 14-10-cu maddələrində nəzərdə tutulan yazılı məlumatların alınması;

- bu Qanunun 14-9-cu maddəsinin üçüncü hissəsinə uyğun olaraq təsdiqedici sənədlərin uçotunun aparılması.

- Operator nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyəti ilə məşğul ola bilməz.

Operator ona təqdim olunmuş məlumatları ümumiləşdirərək hər növbəti təqvim ili fevralın 20-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) yazılı məlumat verir. Bundan başqa, Azərbaycanda nəqliyyat vasitələrininin utilizasiyası ilə bağlı reyestrdə qeydiyyatdan keçmək tələbləri müəyyən edilir.

Belə ki, reyestrdə qeydiyyata alınmaq üçün ərizəçidən (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs və ya hüquqi şəxs) aşağıdakılar tələb olunur:

- vergi, məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə borcu olmamaq;

- nəqliyyat vasitələrinin qəbulunu, saxlanılmasını və utilizasiyasını həyata keçirmək üçün mülkiyyətində, yaxud sahibliyində və ya istifadəsində müvafıq ərazilərə malik olmaq;

- nəqliyyat vasitələrinin, о cümlədən utilizasiya nəticəsində əldə edilən materialların və hissələrin saxlanılması üçün onların zədələnməməsini təmin edən, üzəri dağılmayan və texniki mayeləri sızdırmayan material ilə örtülən (asfalt, beton, gil-beton, polimer beton) sahələrə malik olmaq;

- təhlükəli tullantıların saxlanılması üçün normativ hüquqi aktiarla nəzərdə tutulan tələblərə cavab verən sahələrə malik olmaq;

- nəqliyyat vasitələrinin, onların hissələrinin (partlayıcı qabiliyyətli, о cümlədən təhlükəli tullantılara xas olan digər xüsusiyyətlərə malik hissələrin) təhlükəsiz qaydada sökülməsi üçün maddi-texniki bazaya malik olmaq;

- nəqliyyat vasitələrinin təkrar istifadəyə yararlı hissələrinin yoxlanılması üçün maddi-texniki bazaya malik olmaq.

Həmçinin, ölkəmizdə utilizasiya edilmiş nəqliyyat vasitələrindən istifadə qaydası müəyyənləşir. Utilizatorlar tərəfindən utilizasiya edilmiş nəqliyyat vasitələrindən əldə olunan yararlı materiallar və əşyalar mülki qanunvericiliyə uyğun olaraq bağlanılmış müqavilə əsasında ehtiyat hissələrinin emalı və satışı ilə məşğul olan sahibkarlıq subyektlərinə satılır. Utilizatorlar bağlanılmış müvafiq müqavilənin və təhvil-təslim sənədlərinin surətlərini əlavə etməklə bu barədə hər növbəti təqvim ili yanvarın 20-dək operatora yazılı məlumat verirlər.

Tarix: 1-06-2023, 12:09 Oxunub: 13


Bölməyə aid digər xəbərlər