15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
Energetik içkilərin satışı və reklamı ilə bağlı QAYDALAR DƏYİŞDİ

Energetik içkilərin satışı və reklamı ilə bağlı QAYDALAR DƏYİŞDİNazirlər Kabineti 382 nömrəli Qərarına dair izah verib.

Kabinetdən bildirilir ki, İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə dəyişiklik edilərək etil (yeyinti) spirti və alkoqollu içkilərlə yanaşı, energetik içkilərin də yetkinlik yaşına çatmayanlara satılmasına görə inzibati məsuliyyət müəyyən olunub.

Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarında dəyişiklik edilmişdi:

3.3-2. Etil (yeyinti) spirtinin, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının satışını həyata keçirən ticarət (xidmət) obyektlərinin giriş hissəsində etil (yeyinti) spirtinin, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasının qadağan edildiyini əks etdirən elan yerləşdirilməlidir.

“Reklam haqqında” Qanunun 12.1-ci maddəsinə müddəa əlavə edilirək energetik içkilərdən istifadə olunması ilə bağlı yetkinlik yaşına çatmayanlara müraciət edilməsi, uşaqlar üçün proqramların (verilişlərin) energetik içkilərin reklamı ilə kəsilməsinin qadağan müyyən edilmişdir.

Qeyd edilənləri nəzərə alaraq və “Qaçan sətirlə yayımlanan reklamın təqdimolunma Qaydası”nın təsdiq edilməsi barədə” 2016-cı il 2 mart tarixli 100 nömrəli nömrəli qərarında dəyişiklik edilmişdi:

2.9. Uşaq verilişlərində alkoqollu və energetik içkilərin və dini proqramlarda (verilişlərdə) alkoqollu içkilərin qaçan sətirlə reklamı verilə bilməz.


Tarix: 8-10-2020, 21:56 Oxunub: 184


Bölməyə aid digər xəbərlər