01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
SOCAR Pakistanı maye qazla təmin edəcək

SOCAR Pakistanı maye qazla təmin edəcəkPakistan 2021-ci ilin 8 yanvar - 1 fevral tarixlərində altı ədəd təbii maye qaz (LNG) yükünün idxalı üçün tender elan edib.

“Reuters”ə istinadən verdiyi məlumata əsasən, tenderin qalibləri arasında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti - SOCAR da var.

Belə ki, “Pakistan LNG” Ltd-nın elan etdiyi tenderə əsasən, yüklərin hər biri 140 000 kubmetr həcmində olacaq. SOCAR-la yanaşı “Vitol” və “Trafigura” şirkətləri də tenderin qalibləri arasındadır. Bununla da müvafiq tarixlərdə SOCAR Pakistanı 140 min kubmetr maye qazla təmin edəcək.

Qeyd edilib ki, Pakistanın qaza olan tələbatı ümumiyyətlə dekabr və yanvar aylarında artır, lakin tələbin çox olması və yerli təklifin azalması növbəti dövrdə əlavə tədarükə ehtiyac yaradıb.


Tarix: 10-11-2020, 19:08 Oxunub: 216


Bölməyə aid digər xəbərlər