Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2020-2021-ci illər üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu artırıb.
Bu il Azərbaycanda orta gündəlik neft və digər maye karbohidrogenlər hasilatı 730 min barel səviyyəsində olacaq ki, bu da əvvəlki proqnozdan 10 min barel çoxdur.
OPEC-in proqnozuna görə, 2021-ci ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 720 min barel səviyyəsində olacaq. Bu, əvvəlki proqnozdan 10 min barel çoxdur.
Qeyd edək ki, aprel ayının 12-də "OPEC+" razılaşması (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, Azərbaycanda isə 164 min barel azaldılmasını nəzərdə tutur. OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 6 iyunda keçirilən 11-ci iclasında isə bu kvotaların müddətinin daha bir ay – iyulun sonunadək uzadılmasına dair qərar qəbul edilib.
"Əməkdaşlıq Bəyannaməsi"nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barel azaltmaqla 587 min barel həcmində saxlamalıdır.
Bölməyə aid digər xəbərlər