gununnebzi.az Mədəniyyət kanalının və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə məşhur sənət adamlarının ifasında “İlahi rəhm et” kompozisiyası təqdim olunub.
Musiqisi Pikə Axundova, sözləri Rəna Mirzəyevaya aid olan layihənin müəllifi Mədəniyyət kanalının baş direktoru Ramil Qasımovdur.
Xalq artistləri Mənsum İbrahimov, Fidan Hacıyeva, Samir Cəfərov, əməkdar artistlər İnarə Babayeva, Səbinə Babayeva, Nurlan Növrəsli, eləcə də Azər Rzazadə, Cavid Səmədov, Zabit Alıyeva, Kamilə Nəbiyevanın ifa etdiyi kompozisiya yutubda yerləşdirilib.
Dini mövzuda yazılan əsərin Ramazan ayında təqdim olunması təsadüfi deyil. Bələ ki, sənət nümayəndələri dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində öz ifaları ilə töhfə verməyə çalışıb. Mənsum İbrahimovun azan oxuması xüsusi diqqət çəkib.
My Webpage
Bölməyə aid digər xəbərlər