21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Teatrdakı mənimsəmə ilə bağlı - Rəsmi açıqlama

Teatrdakı mənimsəmə ilə bağlı - Rəsmi açıqlama
Xəbər verdiyimiz kimi Azərbaycan Dövlət Pantomima Teatrının kadrlar idarəsinin mütəxəssisi Aytən Kərimova 332 min manatlıq mənimsəməyə görə cinayət məsuliyyətinə cəlb edilib.

GununNebzi.az-
ın məlumatına görə, cinayət işi üzrə Mədəniyyət Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Külli miqdar təşkil edən mənimsəmə faktı ilə bağlı zərərçəkmiş qurum saytımıza açıqlama verib.

Açıqlamada deyilir ki, cinayət işi üzrə ittiham edilən 2019-cu ildən mühasib vəzifəsində çalışmış Kərimova Aytən Ceyhun qızı 2023-cü ilin yanvar ayında işində yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə-külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb:

“Hazırda ibtidai araşdırma tamamlanıb, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. A. Kərimova mühasib vəzifəsini icra etdiyi müddətdə həmin teatrda müxtəlif vasitələrlə ümumilikdə 332 000 manat məbləğində pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

Qeyd olunan əməllərlə Mədəniyyət Nazirliyinin əmlakının qorunub saxlanılması və maliyyə vəsaitlərindən qənaətlə, fəaliyyətə uyğun istifadəsinə və nazirliyin qanunla qorunan mənafelərinə mühüm zərər vurulub”,-deyə açıqlamada qeyd edilib. (qafqazinfo)


Tarix: 27-12-2023, 19:47 Oxunub: 2


Bölməyə aid digər xəbərlər