15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
ÜST-dən Azərbaycana vaksin gətirilməsi ilə bağlı AÇIQLAMA

ÜST-dən Azərbaycana vaksin gətirilməsi ilə bağlı AÇIQLAMA"Bu günə Ümumdünya Səhiyyə Təşkilatının təsdiqindən keçən peyvənd yoxdur. Çünki virus çox yenidir".

GununNebzi.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

ÜST rəsmisi qeyd edib ki, bəzi vaksinlər üçün bir çox ölkələr artıq lisenziya almağa başlayıb:

“Təşkilatımız da bu işləri yaxından izləyir. Çox yaxında təcili vəziyyət üçün vaksinlərin alınması və istifadə üçün tövsiyələrimizi açıqlayacağıq. Bu günə qədər istifadə olunan vaksinlərdən razıyıq, çünki nəticələri çox yaxşıdır. Lakin izləməni bundan sonra da edəcəyik. Hansı vaksinin Azərbaycana gətirilməsindən asılı olmayaraq onun faydalı olacağını düşünürük. Zamanı gəldiyində də lazımi açıqlama da veriləcək”.

H.Harmancı hazırda Azərbaycanda COVID-19 əleyhinə vaksinlərin seçimi və vaksinasiya strategiyasının hazırlandığını xatırladıb:

“Biz də texniki dəstəyimizi veririk. ÜST-nin eksperti yaxın zamanda Azərbaycana gəlib öz dəstəyini verəcək. Strategiya tam hazır olduqdan sonra nə qədər vaksinin alınması məlum olacaq”.


Tarix: 16-12-2020, 12:25 Oxunub: 146


Bölməyə aid digər xəbərlər