“EQİS ƏCZAÇILIQ ZAVODU” QSC-nə məxsus “Hartil®-D” ticari adlı ramipril / hydrochlorothiazide - 2.5 mg/12.5 mg tərkibli tabletlər №28 (2x14) blisterdə, karton qutu qablaşmada dərman vasitələrinin stabillik sınaqlarından əldə olunan nəticə spesifikasiya çərçivəsindən kənara çıxdığından qeyd edilən seriya ilə buraxılan dərman vasitəsinin geri çağırılması qərarı alınıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu barədə topdansatış əczaçılıq müəssisələri və “EQİS ƏCZAÇILIQ ZAVODU” QSC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi məlumatlandırılıb. Həmçinin 0010319 seriya ilə buraxılmış son istifadə tarixi 03.2022 olan “Hartil®-D” ticari adlı ramipril / hydrochlorothiazide - 2.5 mg/12.5 mg tərkibli tabletlər №28 (2x14) blisterdə, karton qutu qablaşmada dərman vasitəsinin ölkəyə idxalı və ölkədə topdan və pərakəndə satışı qadağan edilib.
Bölməyə aid digər xəbərlər