02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Səhiyyə Nazirliyi əhaliyə çağırış etdi - DİQQƏT

Səhiyyə Nazirliyi əhaliyə çağırış etdi - DİQQƏT

Peyvəndlərin müxtəlif ölkələrdən gətirilməsinin birinci səbəbi əhaliyə seçim imkanının verilməsidir.

GununNebzi.az
-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.

O bildirib ki, hər bir vətəndaş xəstəliyə yoluxmadan orqanizmində anticismlərin yaranmasını təmin edə bilməlidir:

"Vətəndaşlara müraciət edirik ki, peyvəndləmə prosesində aktiv iştirak etsinlər.

Qeyd edək ki, mayın 2-də Azərbaycanın Rusiyadan aldığı “Sputnik V” vaksininin ilk partiyası - 40 min doza peyvənd ölkəyə gətirilib.

Azərbaycanda koronavirusla mübarizə məqsədilə peyvəndləməyə yanvarın 18-dən start verilib. Hazırda ölkədə “Sputnik V” ilə yanaşı, Çin istehsalı olan “Sinovac”, Böyük Britaniya-İsveçrə şirkətinin istehsal etdiyi “AstraZeneca” vaksinindən də istifadə olunur".

Tarix: 19-05-2021, 14:46 Oxunub: 210


Bölməyə aid digər xəbərlər