02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
MRT və KT müayinələri üçün əks-göstərişlər açıqlandı

MRT və KT müayinələri üçün əks-göstərişlər açıqlandı

"COVID-19 xəstəliyində əldə edilən görüntülər hesabına xəstəliyin müalicəsi daha erkən fazalarda başlanıla bilər və aparılan müalicə dəyişdirilə bilər".

GununNebzi.az
xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssisi Xəyalə İsmayılzadə bildirib.

O qeyd edib ki, klinik tapıntılar və laborator müayinələri COVID-19-a əsaslanan, lakin PCR yaxmanın mənfi olduğu hallarda xəstələrdə diaqnoz qoymaq üçün sinə rentgenoqrafiyası tələb edilir: "Lakin rentgen müayinəsinin KT-yə nisbətən həssaslıq və spesifikliyi aşağı olduğuna görə klinik tələblərə uyğun olaraq tomoqrafiya istənilə bilər.

Xəstəliyin ağciyərlərə çatdığını düşünürüksə, müayinə zamanı ağciyərdə hər hansı bir zədələnmə hiss ediriksə, xəstədə tənəffüs çətinliyi varsa, o zaman ağciyər tomoqrafiyası edərək xəstəliyin nə qədər geniş yayıldığını müəyyən etməyə çalışırıq.

COVID-19 üçün radioloji müayinə asimptomatik halları araşdırmaq üçün istifadə edilməməlidir. Xəstəliyə uyğun orta və ya ağır klinik nəticələr olduqda, test nəticələrindən asılı olmayaraq görüntüləmə tövsiyə olunur".

Səhiyyə Nazirliyinin rəsmisi MRT və KT diaqnostik müayinələri üçün əks göstərişləri açıqlayıb:

"Bir sıra əks göstərişlər mövcuddur. KT şüaya bağlı işləyən cihaz olduğu üçün və şüalanmanın DNT-də yaratdığı mutasiyalar hesabına sonrakı mərhələdə konsoregen ehtimalının olduğunu nəzərə alaraq KT müayinəsindən yalnız həkim göstərişi əsasında keçilməlidir. Bu qaydanın istisnaları ola bilər; həyati zərurət olduğu təqdirdə, həkim qərarı ilə müayinələr arasındakı müddət qısaldıla bilər.

MRT müayinəsi isə güclü maqnit sahəsinə əsaslanan diaqnostik üsul olduğundan 3 aylığa qədər hamilə qadınlardan başqa hər bir insan rahatlıqla istifadə edə bilər. MRT üçün əks göstərişi isə orqanizmdə metal cihazlar olan xəstələr hesab edilir.

• Ürəyin süni ritm aparıcısı

• Metal qəlpələr

• Göz nahiyyəsində yad metal cism

• Orta qulağın elektron və ya ferromaqnit protezləri

• İri metal daxili protezlər

• Baş beyin damarların qan saxlayan sıxacları və s. misal göstərmək olar.

Tarix: 24-09-2021, 12:53 Oxunub: 144


Bölməyə aid digər xəbərlər
7-07-2020, 10:38 “Buzlu şüşə” nədir?