02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Yeni nazir müavinləri kimdir?

Yeni nazir müavinləri kimdir?

Xəbər verdiyimiz kimi, İlqar Qasımov, Nadir Zeynalov və Rasim İsmayılov səhiyyə nazirinə yeni müavin təyin olunublar.

GununNebzi.az
xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Bəs yeni təyin olunan müavinlər kimlərdir?

Qasımov İlqar Əbülfəz oğlu 1965-ci il tarixdə Bakıda anadan olub. Tibb Universitetini bitirən İ. Qasımov 1989-cu ildən bir il ərzində Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda internatura keçib. Moskva şəhərinin Mərkəzi Travmatologiya İnstitutunda tibb elmləri namizədliyi və tibb elmləri doktoru elmi dərəcələrini alıb. 2006-cı il tarixdən 2017-ci il tarixədək Bakı şəhərinin bir neçə özəl klinikalarında fəaliyyət göstərib. 2017-ci ildə Səhiyyə Nazirliyinin göndərişi əsasında Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru vəzifəsinə təyin olunub. Eyni zamanda 2019-cu il tarixdən Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun “Travmatologiya və ortopediya” kafedrasının müdiri vəzifəsində çalışır.
Yeni nazir müavinləri kimdir?

Zeynalov Nadir Azər oğlu 1976-cı il tarixdə Bakı şəhərində doğulub. 1999-cu ildə Azərbaycan Tibb Universitetinin (ATU) I müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2015-2016-cı illərdə ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, 2016-2019-cu illərdə ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, 2019-2021-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Aparatının rəhbəri vəzifəsində çalışıb.
Yeni nazir müavinləri kimdir?

İsmayılov Rasim Miskin oğlu 1973-cü ildə Bakı şəhərində anadan olub. Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialında və Azərbaycan Dövlət İqtisad İnstitutunda təhsil alıb. Respublika Gigiyena və Epidemiologiya mərkəzində müxtəlif vəzifələrdə çalışıb. Həmçinin müxtəlif illərdə özəl bank və audit şirkətlərində çalışıb. 2017- 2018-ci illərdə Polşada xarici ticarətlə məşğul olan Fertiz S.A şirkətində baş direktorun maliyyə məsələləri üzrə müşaviri vəzifəsində işləyib. 2018-ci ilin oktyabr ayından İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Maliyyə baş idarəsinin rəis müavini vəzifəsində çalışıb. Bir müddət əvvəl Muğanbank ASC-nin İdarə Heyəti sədrinin müavini olub.
Yeni nazir müavinləri kimdir?


“Qafqazinfo”

Tarix: 4-02-2022, 11:12 Oxunub: 97


Bölməyə aid digər xəbərlər