02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Dərmanların qeydiyyata alınması qaydası dəyişir

Dərmanların qeydiyyata alınması qaydası dəyişir

Azərbaycanda dərman vasitələrinin dövlət reyestri aparılacaq.

GununNebzi.az
xəbər verir ki, bununla bağlı “Dərman vasitələri haqqında” qanuna dəyişiklik edilir.

Təklif olunan dəyişikliklə dərman vasitələrinin dövlət reyestri həyata keçiriləcək. Dövlət reyestrinə daxil edilməyən dərmanların satışına qadağa qoyulur.

Yeni bəndə əsasən, qanunun 6.5.8-ci maddəsində nəzərdə tutulan dərman vasitələri istisna olmaqla, dövlət reyestrinə daxil edilməyən dərman vasitələrinin ölkə ərazisində topdan və pərakəndə satışı qadağan olunur.

Qeyd edək ki, dövlət reyestri - bu qanuna uyğun olaraq Azərbaycanda dövlət qeydiyyatına alınan dərman vasitələri, dərman maddələri və tibb vasitələri barədə məlumatlardan ibarət informasiya sistemidir.


(Qafqazinfo)

Tarix: 20-06-2023, 12:21 Oxunub: 18


Bölməyə aid digər xəbərlər