23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Paşinyan Əliyevə cavab verə bilmir, çünki...” - Erməni generaldan şok iddia

“Paşinyan Əliyevə cavab verə bilmir, çünki...” - Erməni generaldan şok iddia“Təslim aktını imzalayan şəxs (Ermənistan baş naziri) qələbə qazanan ölkənin liderinə (Azərbaycan prezidenti) qarşı çıxa bilməz”.

gununnebzi.az xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru general Artur Vanetsyan deyib.

General Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevə cavab vermək iqtidarında olmadığını bildirib. O, hesab edir ki, Əliyevə cavab verə bilməyən Paşinyanın ya məğlubiyyət kompleksi var və onu aşa, cavab verə bilmir, ya da onun qarşısında üzərinə götürdüyü öhdəlikləri var: “Bunlara görə susur”.

Vanetsyanın sözlərinə görə, Paşinyan qaranlıq qalan bütün suallara cavab verməlidir: “Bu gün geri çəkilmə əmri verilir və Azərbaycan qoşunları Geğarkunik bölgəsi ilə sərhədlərə yerləşdirilir. Bu, eynən Laçına da aiddir. Yəni Ermənistanda təhlükəsizliklə məşğul olan bir dövlət yoxdur”.

General Azərbaycan qoşunlarının Ermənistan sərhədlərini keçdiyini iddia edib: “Sərhədləri müəyyənləşdirmək üçün aydın mexanizmlər var və bunlar bütün dünyada istifadə olunan mexanizmlərdir. Xəritələr var, demarkasiya tədbirləri var, insanlar gedib konkret ölçülər aparıb dövlət sərhədini çəkirlər.

Yenə deyirəm: Paşinyan bunu Əliyevlə razılaşaraq edir, çünki onun qarşısında öhdəlikləri var”.

Artur Vanetsyana görə, Ermənistan hər mənada dərin böhranın içindədir və böhrandan çıxmağın yeganə yolu hökuməti zərbəsiz, tez dəyişməkdir:

“Paşinyan hakimiyyətdən uzaqlaşdırılmalıdır. Ölkəni bu çətin vəziyyətdən çıxara biləcək yeni bir komanda qurulmalıdır. De-fakto inanıram ki, Paşinyan baş nazir olaraq artıq mövcud deyil, sadəcə bir siyasi cəsəddir. Amma o qədər həyasızdır ki, hər şəkildə kürsüsündən yapışmağa və hakimiyyəti qorumaq üçün mümkün olan hər şeyi etməyə çalışır. Ancaq cəmiyyətin geniş dairələrində Paşinyanın getməsi üçün açıq bir tələb formalaşıb”.


Tarix: 5-12-2020, 15:48 Oxunub: 311


Bölməyə aid digər xəbərlər