15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
Azərbaycan əhalisinin 99%-i Rusiya sülhməramlılarına inanmır – RƏSMİ SORĞU

Azərbaycan əhalisinin 99%-i Rusiya sülhməramlılarına inanmır – RƏSMİ SORĞUAzərbaycan Ordusunun Qarabağda qələbəsi və torpaqlarımızın azad edilməsi ilə bağlı razılaşmaya əsasən, Qarabağda sülhü qorumaq üçün əraziyə Rusiya sülhməramlıları gətirilib.

Eləcə də bax: Sülhməramlı qüvvələrə görə - Kim Məsuliyyət Daşıyır?

Rusiyalı hərbçilərlə bağlı optimist bəyanatlara baxmayaraq, Azərbaycan əhalisinin 99%-i rus hərbçilərinin sülhü təmin eləcəklərinə inanmır.
Bu Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən sorğuda məlum olub.

Sorğudan məlum olub ki, Vətən müharibəsi dövündə əhalinin ən yüksək gözləntisi (90,6 faiz) Dağlıq Qarabağ və ona bitişik 7 rayonun tamamilə işğaldan azad edilməsi idi ki, müharibənin sonunda da buna nail olundu. Başqa sözlə, Vətən müharibəsi əhalinin demək olar ki, mütləq əksəriyyətinin gözlədiyi kimi yekunlaşıb.

Sorğuda ən maraqlı nəticələr döyüşlərdən sonra bölgəyə yerləşdirilən sülhməramlı qüvvələrlə bağlı olub. Sorğuda iştirak edənlərin yarıdan çoxu (54.7%) hesab edir ki, bölgədə sülh həm Rusiya, həm də Türkiyə sülhməramlıları tərəfindən (yəni birlikdə olsalar) təmin edilə bilər.

Amma təkcə Rusiya qoşunlarının sülhmərmalı kimi sülhü təmin edəcəyinə inananlar cəmi 1 faiz təşkil edir. Türk ordusu üçün isə müvafiq olaraq göstərici 29.0%-dir.

Ümumiyyətlə, sorğu Azərbaycanda Türkiyəyə böyük rəğbətin olduğunu bir daha təsdiqləyib. Məsələn, Azərbaycan Bayrağı ilə bağlı sorğuda «Azərbaycanın Dövlət bayrağından başqa daha hansı dövlətlərin bayrağına simpatiya duyursunuz?» sualına respondentlərin 95,1 faizi Türkiyə cavabını seçib.


Tarix: 26-12-2020, 15:19 Oxunub: 167


Bölməyə aid digər xəbərlər