"Dağlıq Qarabağ problemi Azərbaycan və Ermənistanın aparıcı rolu qalmaqla qalibsiz və məğlubsuz hər iki tərəfin maraqları nəzərə alınmaqla həll edilməlidir".
GinunNebzi.az xəbər verir ki, bunu keçmiş SSRİ-nin prezidenti Mixail Qorbaçov Qarabağla bağlı danışıqları dəyərləndirərkən bildirib.
“Qarabağ məsələsinə gəlincə, çox ağır, köhnə, kökləri keçmişə gedib çıxan məsələdir. Biz münaqişə sərtləşəndə hər iki respublikaya yardım etməyə cəhd etdik. Bunun nəticəsi olaraq Rusiya səy göstərdi. Ümid edirəm ki, münaqişə edən tərəflərin aparıcı rolu qalmaqla Rusiya kömək edə bilər. Ermənistan və Azərbaycan tənzimlənmə üçün danışıqlar aparacaqlarına dair üzərlərinə öhdəlik götürüblər. Məsələ qalibsiz və məğlubsuz hər iki tərəfin maraqlarına uyğun həll edilməlidir”, - o deyib.
Xatırladaq ki, Mixail Qorbaçov 1985-ci il martın 11-dən 1991-ci il avqustun 24-dək SSRİ-yə rəhbərlik edib. Onun hakimiyyəti illərində ermənilər Qarabağda fəallaşmışdı. 1989-cu il yanvarın 12-də SSRİ Ali Soveti tərəfindən Dağlıq Qarabağ ərazisində Xüsusi İdarə Komitəsi yaradılıb. Komitəyə Moskvanın nümayəndəsi Arkadi Volski rəhbər təyin edilib. Komitənin tərkibinə 5 rus, 2 erməni və 1 azərbaycanlı təyin olunub. 1989-cu il mayın 6-da SSRİ xalq deputatlarının I qurultayı Moskvada öz işinə başlayıb. Qurultay ermənilərin maraqlarına uyğun qərarlar qəbul edib.
1989-cu il iyulun 6-da Xankəndi yaxınlığındakı azərbaycanlılar yaşayan Kərkicahan qəsəbəsi yandırılıb. 1989-cu il iyulun 8-də ermənilər Xankəndində “Miatsum” (“Birlik”) hərəkatının təsis yığıncağını keçirib və Robert Koçaryanı hərəkata sədr seçiblər.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.//Pravda.az
Bölməyə aid digər xəbərlər