Yeni Azərbaycan Partiyasının (YAP) bütün strukturlarına koronavirusla bağlı tapşırıqlar verilib.
Gununnebzi.az xəbər veriri ki tövsiyələrə Nazirlər Kabineti yanında operativ qərargahın bütün qərar və tapşırıqlarının hər bir partiya üzvünün diqqətinə çatdırılması və onların icrasında şəxsi intizam göstərilməsi daxildir.
YAP-ın yaydığı məlumatda bildirilir ki, hər bir şəxs özünü virusa yoluxmadan qorumaqla koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına çox vacib fərdi töhfə verə bilər.
Eyni zamanda, partiya üzvlərinə operativ qərargahın qərarlarının əhali arasında təbliğ edilməsi tapşırılıb.
Partiya üzvləri tanışlarını, yaxınlarını və digər insanları virusa yoluxma hallarının qarşısının alınması məqsədilə mütəxəssis tövsiyələri barədə məlumatlandırmalıdır.
Həmçinin, onların vətəndaşları şəxsi intizama və məsuliyyətə dəvət etmələri tövsiyə edilib.
Habelə, yerli partiya təşkilatlarının virusa yoluxma hallarının qarşısının alınması məqsədilə ehtiyacı olan insanlara imkanları daxilində zəruri kömək və yardımın göstərilməsi tapşırığı verilib.
gununnebzi.az
Bölməyə aid digər xəbərlər