23:14 / 24-11-2024
Şirvanda avtomobil 4 piyadanı vurdu
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
21:44 / 24-11-2024
Bakının bu ərazisində işıq kəsiləcək
13:18 / 24-11-2024
Türkiyədə ağır yol qəzası olub, 30 nəfər yaralanıb
13:17 / 24-11-2024
Kim Çen In Rusiyaya səfər edə BİLƏR
12:08 / 24-11-2024
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
12:06 / 24-11-2024
Hikmət Hacıyev Berbokun ittihamlarına cavab verdi
02:20 / 24-11-2024
Ukrayna Kurska ATACMS-la zərbələr endirdi - Video
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
02:02 / 24-11-2024
COP29-da İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən tarixi qərar qəbul olundu
01:58 / 24-11-2024
ABŞ sualtı atom qayıqlarını yüksək hazırlıq vəziyyətinə gətirdi
01:55 / 24-11-2024
Zelenski generallara müraciət etdi
01:54 / 24-11-2024
Onlar Türkiyənin ən varlı müğənniləridir
13:57 / 23-11-2024
Bu dəyişikliklər qəzaların qarşısını almağa kömək edəcək - FOTO
13:50 / 23-11-2024
Azərbaycanda deputatlara mənzillər verildi
12:08 / 23-11-2024
Ailə qəzaya düşdü - Ata öldü, qızı və nəvələri yaralandı
12:06 / 23-11-2024
Almaniya ilə münasibətlərdə yeni gərginlik - XİN rəhbəri Bakıda nə deyib?
07:39 / 23-11-2024
Almaniyanın xarici işlər naziri 17 illik evlilikdən sonra boşanır
07:36 / 23-11-2024
"WhatsApp"dan möhtəşəm FUNKSİYA
07:34 / 23-11-2024
“İğtişaş olsa, interneti kəsəcəyəm” - Lukaşenko
01:59 / 23-11-2024
Kanada NASAMS-ı Ukraynaya çatdırdı
01:39 / 23-11-2024
Azərbaycanlı diplomat İstanbulda 70 kiloqram qızılla saxlanıldı
01:36 / 23-11-2024
Tramp Ukrayna münaqişəsinə son verə bilər
01:34 / 23-11-2024
"Azərbaycanla sülhün bağlanması üçün hər şeyi edəcəm" - Paşinyan
20:22 / 22-11-2024
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
20:20 / 22-11-2024
Məktəb direktoru faciəvi şəkildə öldü
16:35 / 22-11-2024
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
16:34 / 22-11-2024
Prezidentdən nazirlə bağlı - Sərəncam
16:33 / 22-11-2024
Bayramov Berbokla görüşdü - Fotolar
15:02 / 22-11-2024
Artıq onlayn nikah bağlaya biləcəksiniz! - Video
15:00 / 22-11-2024
“Ukrayna dairəsi” ilə bağlı rəsmi açıqlama - Video
Türkdilli Dövlətlərin yaxınlaşması zamanın tələbidir
Dünyanın dəyişikliyi fonunda türkdilli dövlətlərin də öz fəallığını artırması nəzərdən qaçmır və sözsüz ki, bu təqdirəlayiq haldır. Ən azı ona görə ki, Sovet İttifaqı dağılandan, MDB ölkələri müstəqillik qazanandan sonra da uzun müddət siyasətdə, iqtisadiyyatda və digər sahələrdə köhnə imperiyanın təsirləri özünü göstərdi. Əlbəttə, bunun obyektiv və subyektiv səbəblərinin olması anlaşılandı. Təbii ki, proses belə gedə bilməzdi, zaman dünyada baş verən proseslərə yeni yanaşmalar tələb edirdi. Türkdilli dövlətlərin məhz belə bir məqamda bir-birinə yaxınlaşması gələcək baxımdan çox zəruri idi və nəhayət, 2009-cu ildə rəsmi olaraq bu istiqamətdə ilk addım atıldı: türkdilli dövlət başçıları ilk dəfə Naxçıvanda bir araya gəldilər.
O vaxtdan bu vaxtadək Əməkdaşlıq Şurasının bir neçə zirvə görüşü baş tutub. Sonuncu belə toplantı isə 2019-cu ildə Bakıda keçirilib və sədrlik Azərbaycana keçib.
Bütün arxada qalan illər ərzində türkdilli dövlətlərdən hər birində mühüm hadisələr, dəyişikliklər baş verib. Mübaliğəsiz demək olar ki, bu mənada Azərbaycan daha çox irəli gedib. Ötən illər ərzində ölkəmizdə sözün əsl mənasında iqtisadi inkişafa nail olunub, hərbi quruculuq sahəsində böyük işlər görülüb. Məhz bunun nəticəsidir ki, ötən il Azərbaycan özünün ən böyük problemini - Qarabağ məsələsini uğurla həll etdi. Torpaqlarımızın böyük hissəsi erməni işğalından azad olundu.
Videoformat şəklində keçirilən sonuncu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal Zirvəsində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev öz həmkarlarına bir daha Ermənistanla aparılan müharibə, onun səbəbləri və nəticələri barədə müfəssəl məlumat verdi. Azərbaycan lideri öz çıxışında həm də bu zəfərin təkcə digər türkdilli dövlətlər üçün yox, regionun başqa ölkələri üçün də böyük önəm daşıyacağını dilə gətirdi. İlham Əliyev 30 ildən sonra qazanılan bu qələbədə ilk növbədə qardaş Türkiyəyə, onun Prezidenti Rəcəb Tayyib Ərdoğana, həmçinin 44 günlük müharibədə bizi dəstəkləyən bütün ölkələrə öz minnətdarlığını ifadə etdi. İlham Əliyev videokonfrans iştirakçılarına xatırlatdı ki, əgər müharibə 27 sentyabrda başladısa, artıq ertəsi gün türkdilli dövlətlərdən bizə dəstək gəldi.
Bu fakt bir daha onu göstərir ki, artıq zamanın tələbləri çox dəyişib və türkdilli dövlətlərin getdikcə bir-birinə yaxınlaşması da bu zərurətdən doğur.
Diqqət yetirsək, onu da aydın görmək mümkündür ki, əgər vaxtilə türkdilli dövlətlər arasında əlaqələr təkcə mədəni-iqtisadi çərçivədə məhdudlaşırdısa, hazırkı münasibətlər artıq strateji partnyorluğa çevrilib. Bu isə çox ciddi siyasi məsələləri özündə ehtiva edir.
Zirvə görüşündə dövlət başçımızın əsas toxunduğu məsələlərdən biri də Zəngəzur dəhlizi ilə bağlı idi. Azərbaycan Prezidenti haqlı olaraq xatırlatdı ki, o, bu məsələnin nə qədər aktual olduğunu hələ 2009-cu ildə keçirilən I Zirvə görüşündə söyləmişdi: “Mən o zaman bildirdim ki, Zəngəzurun vaxtilə Ermənistana verilməsi təkcə Azərbaycana yox, bütün türkdilli dövlətlərin kürəyinə sancılan bir xəncər idi”.
Müharibədən sonra artıq Zəngəzur məsələsi gündəmə gəlib. Söhbət bu dəhlizin Naxçıvana açılmasından gedir. Bu məsələ Azərbaycan, Türkiyə, Rusiya, Ermənistanla yanaşı, türkdilli dövlətlər üçün də az əhəmiyyət daşımır.
Türkdilli dövlətlərin yaxınlaşmasında dil, din və soykök öz rolunu oynayır. Təəssüf ki, 70 illik sovet imperiyası “parçala və hökmranlıq et!” şüarı ilə bu xalqları da bir-birindən uzaqlaşdırmağa nail olmuşdu. Yalançı beynəlmiləlçilik ideologiyası isə altdan-altdan öz işini görürdü.
Sevindirici haldır ki, türkdilli dövlətlərin belə görüşünə gələcəyin proqramı kimi də baxmaq olar. Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqlı olaraq vurğuladı ki, bu təşkilatı beynəlxalq statusa malik bir gücə çevirməliyik.
Yeri gəlmişkən, qardaş ölkənin lideri daha bir mesajını verdi: “Ramazan bayramından sonra əziz qardaşım İlham Əliyevlə Şuşanı ziyarətə gedəcəyik”.
Əlbəttə, söhbət təkcə ziyarətdən yox, türk birliyinin nümayişindən gedir. Axı, indi türkdilli dövlətlər üçün yeni siyasi panorama yaranıb, kifayət qədər perspektivlər açılıb. Qalır daha da yaxınlaşmaq, daha da güclənmək. Ölkə prezidenti İlham Əliyev başda olmaqla, artıq Azərbaycan örnək göstərdi. Yəqin ki, bu örnək digər türkdilli dövlətlər üçün də təsirsiz ötüşməyəcək.
Xatırladaq ki, növbəti sammit gələn il Türkiyədə keçiriləcək və Azərbaycan sədrliyi qardaş ölkəyə ötürəcək. Doğrudan da türkdilli dövlətlərin yaxınlaşması zamanın tələbidir. Bu bir həqiqətdir. Sonuncu zirvə görüşü bu həqiqəti bir daha təsdiqlədi.
Əliabbas Salahzadə,
millət vəkili
Bölməyə aid digər xəbərlər

Tarix: 5-04-2021, 20:34 Oxunub: 249
Bölməyə aid digər xəbərlər
25-03-2021, 12:01
Ərdoğan Türk Şurası ilə bağlı bağlı iki mühüm protokolu təsdiqlədi
3-11-2020, 13:04
Səttar Möhbalıyev: “Ali Baş Komandan cənab İlham Əliyevin şəxsi nüfuzu Azərbaycana bir çox dünya dövlətlərinin dəstəyini təmin edib”
31-03-2021, 10:11
Bu gün Türk Şurasının Zirvə toplantısı keçiriləcək
31-07-2020, 13:37
İlham Əliyev Nursultan Nazarbayevə zəng edib
25-04-2020, 18:51
İlham Əliyevin təşəbbüsü ilə Zirvə görüşü keçiriləcək