19:27 / 15-11-2024
Mənimsənilən pullar qaytarılmır - Cəmi 38 milyon...
17:57 / 15-11-2024
Leysan yağacaq, güclü külək əsəcək - Xəbərdarlıq
17:56 / 15-11-2024
Üçüncü kurs tələbəsi vəfat etdi
17:53 / 15-11-2024
Tereza Mey Milli Məclisdə - Fotolar
17:52 / 15-11-2024
Fatih Terim Bakıda jurnalistlərlə görüşəcəkFatih Terim Bakıda jurnalistlərlə görüşəcək
17:50 / 15-11-2024
1Anasının il mərasiminə getmişdi, özünü güllələdi
15:19 / 15-11-2024
Arif Ağayevə yüksək vəzifə verildi - Foto
15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:09 / 15-11-2024
Sülh müqaviləsi nə vaxt imzalana bilər? - Ceyhun Bayramovdan açıqlama
13:06 / 15-11-2024
Bakının bu hissəsində su olmayacaq
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
13:03 / 15-11-2024
Bəzi liderlərin COP29-da iştirak etməməsinə - Rəsmi münasibət
13:00 / 15-11-2024
Bakıda araqdan zəhərlənən kişi öldü
11:28 / 15-11-2024
Əli Əsədov BMT İnkişaf Proqramının administratoru ilə görüşdü
11:26 / 15-11-2024
Pezeşkianın Bakıya gəlməməsi üçün uydurulan yalan…
11:24 / 15-11-2024
İran Prezidentindən nüvə silahı ilə bağlı - Açıqlama
21:29 / 14-11-2024
Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın xəstəxanada ölüb
21:14 / 14-11-2024
Bakıda yeni dələduz peyda olub: Maşınları götürüb metalloma verir
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
21:09 / 14-11-2024
“Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
16:37 / 14-11-2024
Bolqarıstanın birinci xanımı Şamaxıda - Fotolar
16:36 / 14-11-2024
Ağadadaş Ağayev məhkəməyə gəldi - Video - Yenilənib
11:14 / 14-11-2024
Xəstəxanada vurulan iynədən şoka düşüb öldü
11:14 / 14-11-2024
“Rusiya Tramp administrasiyası ilə təmaslara hazırdır”
23:11 / 13-11-2024
Bayden Trampla görüşdü - Fotolar
23:09 / 13-11-2024
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi futbol matçında vəfat etdi
20:35 / 13-11-2024
İlham Əliyev Mixail Mişustinlə görüşdü - Yenilənib
20:32 / 13-11-2024
Prezidentin bu çıxışını bütün salon alqışladı - Video
15:54 / 13-11-2024
Prezident Pakistanın Baş naziri ilə görüşdü - Fotolar
15:52 / 13-11-2024
Ronaldinyo Bakıda yeniyetmə futbolçularla görüşdü - Video
Anar Kərimov Əfqanıstan səfiri ilə görüşüb - FOTO
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov aprelin 8-də Əfqanıstan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Amanullah Ceyhun ilə görüşüb.
GununNebzi.az xəbər verir ki, Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfiri səmimi salamlayan nazir Anar Kərimov Azərbaycan və Əfqanıstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində inkişafından məmnunluğunu ifadə edib. İki xalq arasında ortaq mədəni və tarixi dəyərlərə əsaslanan dostluq əlaqələri olduğunu deyən nazir müxtəlif səviyyəli görüşlərin və qarşılıqlı səfərlərin mövcud əlaqələrin genişləndirilməsinə əhəmiyyətli töhfə verdiyini bildirib.
Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də yaxından əməkdaşlıq etdiklərini, bir-birini dəstəklədiklərini bildirən Anar Kərimov “Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”na toxunub, mədəni əlaqələrin dərinləşdirilməsi üçün iki ölkənin mədəniyyətini təqdim edən tədbirlərin, festivalların, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Tarixi zəfərlə nəticələnən Vətən müharibəsindən söz açan nazir Anar Kərimov Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar qəbul etdiklərinə görə Əfqanıstan dövlətinə, ölkəmizin haqq işini müdafiə edən əfqan xalqına minnətdarlığını bildirib.
Səmimi qəbula görə təşəkkür edən səfir Amanullah Ceyhun da öz növbəsində xalqlarımız arasında dini, tarixi və mədəni yaxınlığın mədəniyyət sahəsində münasibətlərin möhkəmləndirilməsinə zəmin yaratdığını diqqətə çatdırıb.
Vətən müharibəsindəki Qələbəyə görə xalqımıza təbriklərini ifadə edən Amanullah Ceyhun Əfqanıstan xalqının və dövlətinin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.
İşğaldan azad olunmuş ərazilərə səfər etdiyini bildirən diplomat xüsusilə Füzulidə gördüyü dağıntılardan, erməni vandalizminin nəticələrindən dəhşətə gəldiyini deyib.
Söhbət zamanı mədəniyyətin müxtəlif sahələrində, o cümlədən muzey işi sahəsində əməkdaşlıq, iki ölkənin milli kitabxanalarında müvafiq olaraq Azərbaycana və Əfqanıstana həsr olunan guşələrin yaradılması, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibətilə birgə sərgi və tədbirlərin təşkili məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüş ölkələr arasında mədəniyyət sahəsində gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.
Bölməyə aid digər xəbərlər

Tarix: 8-04-2021, 22:08 Oxunub: 150
Bölməyə aid digər xəbərlər
5-01-2021, 15:18
Anar Kərimov Mədəniyyət naziri təyin olundu
19-08-2020, 20:30
Ceyhun Bayramov Çinin Azərbaycandakı səfiri ilə görüşüb
30-10-2020, 20:26
Baş Nazir Əli Əsədov Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb - FOTO
11-06-2020, 19:43
Baş prokuror Litva səfiri ilə görüşüb
5-01-2021, 15:44
Yeni mədəniyyət naziri kimdir? - DOSYE