15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
“Həmin minalar 10 günlük güzəşt müddətində basdırılıb”

“Həmin minalar 10 günlük güzəşt müddətində basdırılıb”

Bu gün Kəlbəcərdə xidməti fəaliyyətlərini yerinə yetirən jurnalistlərin minaya düşərək həlak olmasından sonra ermənilərin 30 illik işğal dövründə minaladıqları ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməməsi və erməni diversantların Azərbaycan torpaqlarına keçərək yollarda mina basdırması ictimai müzakirələrə səbəb olub.

GununNebzi.az xəbər verir ki, Azərbaycanın ictimai-siyasi sferasında yer tutan şəxslər də bu məsələyə reaksiya veriblər.

“Real” partiyasının sədri İlqar Məmmədov bildirib ki, ermənilər həmin minaları sonradan orada basdırıblar: “Susuzluq kəndi Kəlbəcər rayonunun ərazi dərinliyində yerləşir deyə, işğal dönəmində orda mina basdırmağın ermənilər üçün heç bir məntiqi yox idi. Həmin minalar müharibədən sonra Ermənistana ərazidən çıxmaq üçün verdiyimiz əlavə 10 güzəşt günlərində basdırılıb”.


AXCP sədri Əli Kərimli qeyd edib ki, bu hadisədən sonra Azərbaycan hakimiyyəti minalanmış ərazilərin xəritələrinin verilməsi üçün Ermənistana qarşı ciddi beynəlxalq kampaniya başlatmalıdır.

Tanınmış jurnalist Xədicə İsmayıl ingilis dilində status yazaraq bildirib ki, erməni silahlı qüvvələri minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir: “Keçən həftə ərazidə bir qrup erməni silahlısı tutulmuşdu. Azərbaycan rəsmiləri onların mina yerləşdirdiklərini bildirdi, Ermənistan tərəfi isə "mühəndislik" işləri ilə məşğul olduqlarını iddia etdilər”.

Politoloq Elxan Şahinoğlu qeyd edib ki, Kəlbəcərdə vətəndaşlarımızın minanın partlaması nəticəsində həlak olmasında Rusiyanın da günahı var: “Çünki, məhz Moskva Bakıdan xahiş etmişdi ki, Kəlbəcərin boşaldılması bir qədər yubadılsın, guya ermənilərin ərazini tərk etmələri üçün əlavə zamana ehtiyacları var. Biz ermənilərə zaman tanıdıq, onlar da bu zaman kəsiyində əraziyə minalar döşədilər. Dövlət strukturları hadisədən dərhal sonra bəyanat yayırlar. Bu azdır, baş verən hadisəyə uyğun fəaliyyət planımızı da hazırlamalı və həmin planı reallaşdırmağa başlamalıyıq”.

Tarix: 4-06-2021, 18:12 Oxunub: 250


Bölməyə aid digər xəbərlər