21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
“Mən bu məsələni həll etmişəm, vəssalam!”

“Mən bu məsələni həll etmişəm, vəssalam!”

"Mən deyirəm, mən Azərbaycan Prezidenti deyirəm, mən bu məsələni həll etmişəm, vəssalam!"

GununNebzi.az
xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Dövlət başçısı qeyd edib ki, Dağlıq Qarabağ yoxdur, status yoxdur:

"Şərqi Zəngəzur var, hansı ki, mənim Sərəncamımla Qarabağ iqtisadi zonası ilə bərabər 7 iyul 2021-ci ildə imzalanıb. 7 iyul 1923-cü ildə - bir əsr bundan əvvəl Dağlıq Qarabağ Muxtar Vilayəti yarandı, 7 iyul 2021-ci ildə Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonası yaradıldı. Ona görə yoxdur bu və əgər kimsə, yenə deyirəm, status vermək istəyir, Amerikada bir milyona yaxın erməni yaşayır, Fransada 500 mindən çox erməni yaşayır, Marsel şəhərində 100 mindən çox erməni yaşayır və onun həndəvərində. Niyə orada status verilmir? Bəs niyə Azərbaycanda bu status verilməlidir? Bunun hansı hüquqi, siyasi, tarixi əsasları var? Yoxdur! Ermənilər orada daha əvvəl yaşamağa başlayıblar, nəinki bizim ərazimizdə. Bizim ərazimizə onlar 1812-ci, 28-ci ildən sonra köçürülməyə başlamışlar. Onların orada yaşamaları üçün tarixi əsasları yoxdur. Biz indi, sadəcə olaraq, humanizm göstəririk, deyirik ki, etiraz eləmirik, deyirik ki, onlar bizim vətəndaşlarımızdır. Əgər o xunta başçıları o xalqa imkan versə, əminəm ki, onlar böyük məmnuniyyətlə Azərbaycan vətəndaşları kimi də yaşayacaqlar, çalışacaqlar, gələcəklər, gedəcəklər, o cümlədən iş dalınca gələcəklər, Ağdama da gələcəklər, Füzuliyə də, hələ bizdən xahiş edəcəklər. Ona görə status məsələsi, bax, bu qiymətə layiq olmalıdır. Olmasa, başqa yerdə beş dənə Dağlıq Qarabağ yaratsınlar, mən etiraz etmirəm. Mən onu tanıyacağam. Amma Azərbaycanda yox".

Tarix: 23-07-2021, 09:55 Oxunub: 237


Bölməyə aid digər xəbərlər